Övladlığa götürmə məsələləri artıq dövlət nəzarətindədir
Yusif Nəzərli
23:28 31.03.2023
Cəmiyyət
1458
Körpələrin təhvil veriləcəyi şəxslər güvənli, etibarlı ailə olmalıdır
Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev övladlığagötürmə ilə bağlı müraciət edənlərin sayını “Sosial saat”da açıqlayıb. C.Şahmalıyev qeyd edib ki, 2020-ci ildən bu günə qədər 1002-dən çox şəxs övladlıq götürməyə görə müraciət edib. O bildirib ki, son 3 ildə 387 uşaq övladlığa verilib: "Onlardan 152-si 0-1 yaş arası, 83-ü 2-3, 63-ü 4-6, 63-ü 6-11, 26-sı isə 12-18 yaş arası uşaqlardır. Təəssüf ki, bu günə qədər övladlığa verilən uşaqlar arasında əlilliyi olan uşaq olmayıb. Bizdə əlilliklə bağlı ciddi miflər var. Valideynlər elə bilirlər ki, əlillik idarəolunmaz prosesdir. Halbuki bu, belə deyil. Biz beynəlxalq təcrübələri öyrənmişik.
Əlil uşaqları övladlığa götürən ailələrə ayda 600 manat müavinət verilir. Bundan başqa, uşağın özünün də əlilliyə görə pensiyası olur. Valideynlər bilsin ki, əlil uşağın övladlığa götürülməsinə görə dövlət tərəfindən ailəyə təxminən 1000 manat ödənilir".
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, ailələrin övladlıq götürmə istəkləri xalqımızın xeyirxahlığı, ailə ənənələriylə bağlıdır:
- Bütün dövrlərdə kimlərsə övladlığa uşaq götürüb, övladı olmayan cütlüklərə yaxın qohumlar öz övladlarını verib. Bəzən kasıb bir ailənin övladına başqa bir ailə qəyyumluq edib, uşağın təhsil alması, normal şəraitdə böyüməsi naminə gətirib onu öz evində böyüdüb, saxlayıb. Belə əhvalatlar çoxdur. Müsbət hal həm də budur ki, bu məsələ artıq dövlət nəzarətindədr. Övladlığa götürmə məsələlərinə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində Sosial Xidmətlər Agentliyi baxır. Körpələrə sahib çıxmaq istəyənlər DOST Mərkəzinə də müraciət edirlər. Bunu zaman tələb edir. Çünki uşaqların insan ticarətinə cəlb edilməsi halları var, bütün dünyada insan ticarəti qlobal problem kimi dayanır. Uşaqların istismarı da ciddi problemdir. Bəzən övladlığagötürmə üçün müraciət edənlər prosedurun mürəkkəbliyindən, gec cavab almalarından narahat olurlar. Amma dünyadakı mövcud durumu nəzərə alsaq, övladlığaverilmə məsələsindəki ciddiyyəti anlamış olarıq. Müraciət etmiş ailələrin, şəxslərin araşdırılması mütləqdir. Kimdirlər, cəmiyyətdə hansı sosial təbəqəyə mənsubsurlar, öz övladları varmı, onlarla necə davranırlar, niyə əlavə övlad istəyirlər, ya da övladı olmayan ailədirsə, niyə övladları olmayıb, burada biloji səbəblərmi var, yoxsa istək olmayıb? Əgər valideyn olmağa istək olmayıbsa, niyə övlad istəyirlər? Yəni insanların istəklərinin haradan, nədən qaynaqlandığı mütləq araşdırılmalıdır.
M.Zeynalova qeyd etdi ki, valideyni olmayan uşaqların övladlığa verilməsində əsas məqsəd ailə institutunun möhkəmlənməsi, uşaqların ailə ortamında böyüməsini təmin etməkdir:
- Uşaq ailədə böyüməli, ailənin içində olmalıdır. Fərdin tam formalaşması üçün ailə ortamı vacibdir. Yarımçıq ailələrdə böyüyən uşaqlarda natamamlıq kompleksinə rast gəlinir. Uşaq həmişə istəyir ki, anası da, atası da olsun. Bu, adi insani keyfiyyətdir. Sığınacaqda işlədiyimdən mən bunu daha aydın görürəm. Uşaqlar heç vaxt ayrı-seçkilik etmir, anam var, atam olmasa da olar və ya başqa cür söz söyləmir. Onlar ananı da, atanı da eyni səviyyədə arzulayırlar. Ona görə də övladlığa verilmə məsələsində müraciət edən ailələrin tam olması əsas şərtlərdən biridir. Amma ailələr mütləq araşdırılmalı, körpə kimə, hansı ailəyə təhvil veriləcək, ailənin maddi durumundan əlavə, həmin alədə neçə uşaq böyüyür, uşaqlara nəzarət varmı, düzgün tərbiyə alırlarmı, zorakılıq halları qeydə alınıb, alınmayıb, qohumlardan, qonşulardan, ailə başçılarının çalışdığı müəssisədən onların sosial-psixoloji durumu da öyrənilməlidir. Körpələrin təhvil veriləcəyi şəxslər güvənli, etibarlı ailə olmalıdır. İnanıram ki, Sosial Xidmətlər Agentliyi fəaliyyətini məhz bu cür qurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya