Aprel döyüşləri şəhidi Rəşad Niftalılının xatirəsi anılıb
14:27 02.04.2023
Qarabağ
921
Aprel döyüşlərində şəhid olan Rəşad Niftalılının xatirəsi yad olunub.
Aprelin 2-də Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayonu ərazisindəki 64 saylı məktəbin müəllim və şagirdləri, döyüş yoldaşları Aprel döyüşlərində şəhid olan Rəşad Niftalılının ailəsini ziyarət ediblər.
Şəhidin valideynlərinə belə qəhrəman övlad yetişdirdiklərinə görə minnətdarlıqlarını ifadə edən Anar Məmmədov və Vüqar Rəhimzadə Aprel döyüşlərinin tarixi Zəfərimizə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər. Bildiriblər ki, Aprel Zəfəri Ordumuzun, gücünün, qüdrətinin dünyaya nümayişi oldu. Rəşad kimi qəhrəmanlarımızın həyat yolu, torpaq, Vətən sevgisi gələcək nəsillər üçün bir məktəbdir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.
Sonra Anar Məmmədov, Vüqar Rəhimzadə, şəhidin məzun olduğu Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, 64 saylı məktəbin müəllim və şagirdləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, doğmaları Rəşad Niftalılının Müşfiqabad qəsəbəsində məzarını ziyarət ediblər.
Bir daha qeyd olunub ki, şəhidlərimizin xatirəsi hər zaman xalqımızın qəlbindədir, onların hər birinin həyat yolu qəhrəmanlıq dastandır. Torpaq, Vətən uğrunda canını fəda edən Vətən övladları ölümləri ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalırlar. Gənclərimiz belə qəhrəmanlarımızı tanımalı və tanıtdırmalıdırlar. Dövlətimizin hər zaman şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı göstərdiyi qeyd edilib.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Rəşad Şakir oğlu Niftalılı 1993-cü ildə Zəngilan rayonunda anadan olub. Xətai rayonundakı 64 saylı orta məktəbi bitirib. Azərbaycan Texnologiya Universitetində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində Seysulan məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Rəşad Niftalılı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya