Media savadlılığının artırılması ilə bağlı görüş keçirilib
14:32 12.07.2023
Media
779
Medianın İnkişafı Agentliyi ilə Elm və Təhsil Nazirliyi arasında media savadlılığının artırılmasına dair görüş keçirilib.
Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hər iki qurum arasında əməkdaşlıq çərçivəsində görülən işləri təqdir edib. Mətin Kərimli gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, bu sahənin mövcud vəziyyətindən bəhs edib və kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.
Görüş çərçivəsində media savadlılığının əhəmiyyəti, ali və ümumtəhsil məktəblərində tədris proqramı çərçivəsində mənimsənilməsi, beynəlxalq təcrübə və fəaliyyət planı müzakirə olunub. Bununla yanaşı, qurumlararası əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə media savadlılığı ilə bağlı təqdimat da nümayiş olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya