“Biz orada olacaq hər hansısa bir qarşılığın yükünü ən çox üzərinə götürməli olan dövlətik. Bu baxımdan bir arzulayırıq ki, dinc yolla İranda müsbət istiqamətdə dəyişikliklər baş versin”
İsrail haqlıdır: İranda xalq hakimiyyəti devirəcək? - Fazil Mustafa
11:59 08.09.2023
Aktual
579
Fazil Mustafa: “Amma bu proseslərin hansısa bir xaotik məcrada getməsi bizim üçün olduqca təhlükəlidir”
“Biz orada olacaq hər hansısa bir qarşılığın yükünü ən çox üzərinə götürməli olan dövlətik. Bu baxımdan bir arzulayırıq ki, dinc yolla İranda müsbət istiqamətdə dəyişikliklər baş versin”

“Biz orada olacaq hər hansısa bir qarşılığın yükünü ən çox üzərinə götürməli olan dövlətik. Bu baxımdan bir arzulayırıq ki, dinc yolla İranda müsbət istiqamətdə dəyişikliklər baş versin”
Yaxın gələcəkdə İran hakimiyyəti xalq tərəfindən devriləcək.
Bunu İsrailin kəşfiyyat naziri Gila Qamliel Londonda farsdilli media nümayəndələri ilə görüşü zamanı deyib.
“Hazırkı hakimiyyətin təsəvvür etdiyimizdən daha tez devriləcəyinə ürəkdən inanıram. İran xalqı artıq buna hazırdır və bu dəyişiklik xalqın əli ilə baş tutacaq. Gələcəkdə İsrail iranlıların ekoloji problemləri, su qıtlığı, kənd təsərrüfatı, yeni texnologiya çatışmazlığı, səhiyyə, hava çirkliliyi kimi problemlərinin aradan qaldırılmasına yardım edəcək”,- nazir bildirib.
“Əlbəttə, biz İsrail kəşfiyyatının kifayət qədər ciddi bir təsbitləri olduğunu bilirik. Ona görə də bu açıqlamaya olduqca ciddi yanaşılmalıdır”.
Bu sözləri mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib:
“Bütövlükdə biz İranla bağlı məsələdə qonşu dövlət kimi orada hansısa qarşıqlığın tərəfdarı deyilik. Doğrudur, müsbət mənada müəyyən dəyişikliklərin olmasını biz də istəyirik. Demokratikləşmə, insan haqlarının qorunması, milli haqların insanlara verilməsi və digər məsələlər var ki, onların həll edilməsi zəruridir. Amma ümumilikdə İranda bu proseslərin hansısa bir xaotik məcrada getməsi bizim üçün olduqca təhlükəlidir. Biz orada olacaq hər hansısa bir qarşılığın yükünü ən çox üzərinə götürməli olan dövlətik. Bu baxımdan biz arzulayırıq ki, dinc yolla İranda müsbət istiqamətdə dəyişikliklər baş versin. Əlbəttə, bu çox kiçik bir ehtimaldır. Çünki inqilabla hakimiyyətə gəlmiş qüvvə o qədər vəhşiliklər törədir ki, gedəndə də inqilabla getməli olur. Bu baxımdan İranda hakimiyyət uğrunda ölümünə mübarizə gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm