Xocalı görüşü Yevlax görüşünün davamıdır
Xocalı görüşü Yevlax görüşünün davamıdır
Yusif Nəzərli
02:03 27.09.2023
Aktual
491
Bütün Qarabağda reallıqlar artıq Azərbaycan mərkəzi hakimiyyətinin xeyrinə dəyişib
Qarabağın erməni sakinləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında ikinci dialoq Xocalıda keçirildi. Konstruktiv mühitdə keçən görüşdə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib. Həmçinin İşçi qrupun üzvlərinin Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Bununla yanaşı, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb. Bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də, etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq da olub.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Yevlaxdan sonra Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşün Xocalıda keçirilməsi diqqət çəkir. Analitikə görə, məsələ ondadır ki, növbəti görüş yeri kimi paytaxt Bakı, ya da başqa bir şəhərin nəzərdə tutulacağı gözlənilirdi:
"Azərbaycan mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlər arasındakı ilk təmas da məhz Xocalıda baş tutmuşdu. Bununla belə, görüşün Xocalıda baş tutması narahatlıq üçün əsas deyil. İkinci Xocalı görüşü ilə birinci Xocalı görüşü eyni reallıqlarda və şərtlərdə baş tutmadı. Nəzərə almaq lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri bir neçə gün öncə uğurlu lokal antiterror tədbirləri həyata keçirdi və cəmi bir sutka ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Yevlax görüşündən sonra isə Azərbaycan Ordusunun Xocalı və Ağdərədə olmasını əks etdirən foto və videomateriallar yayıldı. Yəni indiki məqamda Xocalıda reallıqlar artıq Azərbaycan mərkəzi hakimiyyətinin xeyrinə dəyişib. Ancaq Yevlax görüşündən fərqli olaraq Xocalıda baş tutan görüşün keçirildiyi məkanda Azərbaycan dövlət atributlarının yer almaması da diqqətçəkən bir detaldır. Ehtimal ki, bu görüşün Rusiya sülhməramlılarının Xocalıda yerləşən mərkəzi qərargahında keçirildiyinə dəlalət edir. Bununla belə, Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələrinin yaxa sancaqlarında Azərbaycan bayrağının əks olunması və fotolardakı bədən dili üstün tərəfin kim olduğunu aydın şəkildə göstərir".
Ekspertin fikrincə, Xocalı görüşünü Yevlax görüşünün davamı kimi də anlamaq olar: "Yevlax görüşündə razılaşdırılan və icrası tamamlanan məsələlər müzakirə edildiyi kimi, habelə əvvəlki görüşdə razılığı mümkün olmayan məsələlərin müzakirəsinin olduğunu demək olar. Məsələn, Yevlaxdan sonra erməni icmasının nümayəndələrinin xahişi əsasında Xankəndi və ətraf ərazilərə humanitar yüklər çatdırıldı. Habelə Xankəndi şəhərinin elektrik enerjisi Ermənistandan ayrılaraq Azərbaycana qoşulması gerçəkləşdi. Mümkündür ki, görüş zamanı Xankəndidəki qondarma "hökumət və parlamentin" buraxılmasına dair mərkəzi hakimiyyətin tələbləri çatdırılıb. Bu məsələdə konkret razılığın əldə edildiyini demək çətindir. Hətta ermənilərin hələlik müqavimət belə göstərdiyini demək olar. Əsas tələb kimi hava məkanının açılması da diqqət çəkir. Görünən odur ki, bu yolla separatçı hökumətin də Ermənistana köçürülməsi planlaşdırılır. Bu həm də "mühacir hökumət" kimi separatçı fəaliyyətin Azərbaycan xaricində aparılmasını təmin edə bilər. Nəticə etibarilə Qarabağ ermənilərinə yalnız və yalnız Azərbaycan konstitusiyasında göstərildiyi kimi milli azlıq statusu verilə bilər. Qondarma rejim birmənalı özünü buraxmalı, separatçı liderlər amnistiya üçün müraciət etməlidir. Əks təqdirdə onların ölkədən buraxılması da ciddi problemlər yaradar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm