
Biabırçı vəziyyət: Azərbaycanda zəlzələ olan kimi hamının ağlına ilk Qurban Yetirmişli gəlir
Yusif Nəzərli
11:38 10.12.2023
Cəmiyyət
916
“Tövsiyə edirəm ki, insanlarımız hər gün zəlzələyə hazır olsunlar”
“Qurban Yetirmişlinin ölkəmizdə güclü zəlzələnin olmayacağı ilə bağlı açıqlamaları bir çoxları tərəfindən inandırıcı olmasa da, bu açıqlamalar əksər insanlarda arxayınlıq yaradır. Bu da doğru yanaşma deyil”
“Seysmoloji Xidmət Mərkəzində yalnız bir nəfərin tanınması və hər şeydə onun adının hallanması, o deməkdir ki, sözügedən İnstitutun varlığı ilə yoxluğu fərqlənmir”
"Çilçıraq Azərbaycanda zəlzələnin ölçü vahidinə çevrilib. Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişli də mətbuat konfransında etiraf edib ki, zəlzələ xəbərini eşidən kimi dərhal çilçırağa baxıb”. Sosial şəbəkələrdə bu qəbildən olan paylaşımlar yer alıb.
"Sağlam Cəmiyyət Hərəkatının "sədri, sosioloq Elçin Bayramlı isə "Sherg.az"aaçıqlamasında deyib ki, Azərbaycanda zəlzələ olan kimi hamının ağlına gələn ilk adam Qurban Yetirmişli olur. Bizim millət Qurban müəllimi az qala “zəlzələ” sözünün sinonimi kimi qəbul edib:
"Bu isə son dərəcə biabırçı haldır. Respublika Seysmoloji Xidmət Mərkəzində yalnız bir nəfərin tanınması və hər şeydə onun adının hallanması, o deməkdir ki, sözügedən İnstitutun varlığı ilə yoxluğu fərqlənmir.
Onsuz da Azərbaycanda fəaliyyətdə olan elmi institutların hamısı postsovet dövründə məhv oldu, formal olaraq adları qalıb. Uzun illərdir Azərbaycanda seysmologiya sahəsində isə kadr yetişdirilmir. Ümumiyyətlə, ölkəmizdə seysmologiya sahəsi üzrə barmaqla sayılacaq qədər az alim var. Yaxşı ki, Qurban Yetirmişli var, o da olmasaydı, halımız necə olardı?".

E.Bayramlının sözlərinə görə, zəlzələ və digər tektonik mövzularla bağlı ictimaiyyəti məlumatlandıracaq, düzgün izah verəcək kadrlar, ekspertlər yoxdur:
"Azərbaycanda Seysmoloji Mərkəzlərin yeni texnologiyalarla təchiz olunması o demək deyil ki, zəlzələnin baş verəcəyi saatı və balı müəyyən etmək mümkün olmalıdır. Diqqət etsəniz, Android telefonlara gələn zəlzələ bildirişi belə cəmi bir neçə saniyə əvvəl olur. Aktiv zonalara quraşdırılan dedektorlar da eynən bu bildiriş mesajları kimi bir neçə saniyə əvvəl seysmoloji mərkəzlərə siqnal ötürür, onu isə qeydə aldıqdan sonra əhalini məlumatlandırmağa vaxt çatmır.
Zəlzələnin baş verəcəyi saatın və günün əvvəlcədən müəyyən edilməsi mümkün deyil. Nəinki Q.Yetirmişli, hətta dünyanın ən qabaqcıl ölkələrinin yetişdirdiyi alimlər, elmi Mərkəzlər belə zəlzələnin baş verəcəyi tarixi qabaqcadan proqnoz edə bilməz. Uzaqbaşı bir neçə saniyə əvvəl bu barədə məlumat əldə edərlər.
Zəlzələ qurşaqlarında hansısa bir aktivlik hiss edəndə artıq alimlər afterşok ehtimalını qeydə alırlar. Amma bu da konkret, filan gün güclü təkanlar olacaq, demək üçün əsas deyil.
Ümumiyyətlə, Azərbaycan seysmik ərazi olduğu üçün bizim insanlar hər gün, hər an zəlzələyə hazır olmalıdır. Fikrimcə, zəlzələnin hansı gün baş verəcəyini yox, zəlzələ baş verən anda nə etmək lazımdır onu bilmək daha məqsədəuyğundur. Bu istiqamətdə ciddi maarifləndirmə tədbirləri keçirilməlidir. Qurban Yetirmişlinin ölkəmizdə güclü zəlzələnin olmayacağı ilə bağlı açıqlamaları bir çoxları tərəfindən inandırıcı olmasa da, bu açıqlamalar əksər insanlarda arxayınlıq yaradır. Bu da doğru yanaşma deyil. Bəli, Azərbaycanda maqnitudası güclü olan, dağıdıcı zəlzələlər gözlənilmir. Lakin arxayınlaşmamalıyıq.
Mediamızın, televizorların da başı şouya o qədər qarışıb ki, elmi müzakirələr, maarifləndirici məlumatlara toxunan yoxdur. Ancaq bu cür fövqəladə vəziyyətlərdə üzdə olan bir-iki ekspertdən standart açıqlamalar alıb baxış sayı qazanmaq məqsədi güdülür. Tövsiyə edirəm ki, insanlarımız hər gün zəlzələyə hazır olsunlar. Dediyim kimi, zəlzələnin nə zaman və nə qədər güclü olacağını əvvəlcədən bilmək mümkün deyil. Unutmayaq ki, zəlzələ ilə bağlı yayılan şayiələrə inanmaq təşvişin artmasına səbəb olur. Həmin an sadəcə qorunmaq və təhlükədən minimum zərərlə çıxmaq üçün tədbirlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə