İnsanlar da ayı kimi yatsa…
Yusif Nəzərli
04:19 28.12.2023
Cəmiyyət
711
Ömürlərini uzatmaq mümkün olardımı?
İnsanlar ayılar kimi qış yuxusuna gedərsə, ömürləri uzanarmı? İsveçin Örebro Universitet Xəstəxanasının kardioloqu Ole Fröbert bu suala cavab tapmaq üçün qış yuxusuna getmiş ayılardan qan nümunələri almaq üçün ayıların olduğu bölgəyə gedib.
“Sherg.az” “Mashable.com”a istinadən bildirir ki, bu tədqiqat barədə “Washington Post”da məqalə dərc olunub. Piy qatı, xəzli dəri və dondurucu soyuqlar qan nümunəsi almağı xeyli çətinləşdirib. Bir ayının damarını tapmaq asan məsələ deyil. Amma kardioloq israrlı olub və "ayılar uzun qış yuxusunu ölmədən başa vurmağı necə bacarır", sualına cavab axtarıb. Qış yuxusuna gedən heyvanlar qanda qatılıq, yataq yaraları, sümük, əzələ əriməsi kimi bir sıra ciddi problemlərin öhdəsindən gəlməlidir. Heyvanların bunu necə və nəyin hesabına bacardıqlarını araşdırmaq istəyən alimlər səbəbi taparlarsa, bunun insanlara da fayda verə biləcəyi, insanlarda ürək, qan-damar problemlərini aradan qaldıracaq dərman vasitələri istehsal etməyin mümkün olacağı fikrindədirlər. Bu tədqiqatlara əldə edilən kəşflərdən yararlanmaq məqsədilə NASA və bir sıra dövlətlərin silahlı qüvvələri də maddi dəstək verir. Kardioloq Ole Fröbertlə birlikdə çalışan və qış yuxusuna gedən ayılar üzərində yeni araşdırmaya öncüllük edən Münxen “Ludwig Maximilian” Universitetindən kardioloq Manuela Tienel də “təbiətdən və heyvanlardan öyrənəcəyimiz, həqiqətən çox şey var”, söyləyib. Mütəxəssislər hesablayıb ki, qış yuxusuna getmiş ayının ürək döyüntüsü 1 dəqiqədə 10 dəfədən də az vurur. Ole Fröbert hesab edir ki, qış yuxusuna getmiş bir boz ayı bioloji tədqiqatlar üçün canlı bir kitabxanadır. Ayılar payızda çox kökəlir, bəzən 8 aylıq qış yuxusuna gedirlər. Bəs insan bu qədər uzun müddət yatsa, orqanizmdə nə baş verə bilər? Suala cavab axtaran kardioloq bu fikirdədir ki, insan normal halda bu qədər uzun müddət yata bilməz. Əzələ, sümük əriməsi baş verər, dəridə yaralar əmələ gələr. Amma “qış yuxusu” bizim təsəvvür etdiyimiz kimi sadəcə, yuxuya dalmaq deyil. Bu, ayıların payızda aldıqları çəkidən azad olmaları üçün ən yaxşı vasitədir. İnsanlarda ən adi təyyarə uçuşu zamanı qanda qatılıq səviyyəsi artır. Amma ayılar qış yuxusundan ayılıb təbiətə qayıtdıqda onların qanında qatılıq müşahidə edilmir. Tədqiqatçılar ayılarda baş verən və ya verməyən bu dəyişikliyin səbəbini bilmək üçün 13 ayını təqib edib, yuvalarının qarşısında növbə çəkiblər. Alınan qan nümunələrinin analizi nəticəsində məlum olub ki, ayıların qan nümunələrində HSP47 tipli proteinlərin miqdarı xeyli azalıb. Trombositlərin səthində olan bu protein, qan hüceyrələrinin bir-birinə yapışmasına yardımcı olur. Bu protein sayəsində dəridə çapıqlar, yara izləri qısa müddətdə sağalır. Lakin qan damarlarında qaldıqda ölümcül ola bilir. Tədqiqatçılar “qış yuxusunun bioloji əsaslarının tapılmasında həyəcanlı bir dönəmdəyik”, söyləyərək araşdırmaların davam etdiyini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol