Bakıda iri tutumlu sərnişin avtobuslarının artırılması vacibdir - Ekspert
Yusif Nəzərli
10:02 31.12.2023
Aktual
538
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtobusların sayı 3.2 dəfə azalıb.
Dövlət Gömrük Komitəsinin xəbərinə görə, cari ilin yanvar-noyabr aylarında ölkəyə 7 524.89 min ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan mühərrikli 116 nəqliyyat vasitəsi idxal edilib.Ötən il isə 50 883.78 min ABŞ dollar dəyərində 374 belə nəqliyyat vasitəsi idxal edilib. Bununla da ötən illə müqayisədə idxal olunan belə avtomobillərin dəyəri 6.8 dəfə azalıb. Maraqlıdır,sərnişinlər avtobusların azlığından narazı olduqları halda Azərbaycana idxal olunan avtobusların sayı niyə azalıb? .
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ölkəyə daxil olan nəqliyyat vasitələrinin sayında xüsusən kiçik və orta tutumlu mikroavtobusların çəki payında azalmalar var:
“Bu rəqəmlər statistikada da açıq-aşkar görsənir. Məsələ ondan ibarətdir ki, nəqliyyat vasitələrinin idxal prossesi artıq cəlbedici görsənmir. Xüsusən turizm şirkətlərində hansısa bir əraziyə səyahət etmək üçün bundan istifadə olunur. Ona görə də qiymət baxımından sahibkarlarda,iş adamlarında daha az maraq kəsb edir. Avtobusların sayı artırılarsa, rentabellik yüksələr. Bəzi nəqliyyat vasitələrinin ehtiyyat hissələri baha başa gəlir. Nəticədə onun təmiri istismarından dəfələrlə yüksə qiymətdə olduğundan sahibkar sonra, onu normal qiymətə sata bilmir. Onu da qeyd edim ki, paytaxtda iri tutumlu sərnişin daşıma avtobuslarının artırılması vacibdir. Paytaxtda elə ərazilər var ki,avtobusların çoxaldılmasına və metrolara daha yaxın gedişin təmin edilməsinə böyük ehtiyac var. İdxal olunan avtobusların kondisioner sistemi, mühərriki keyfiyyətli olmalıdır. Həmçinin, sərnişinlərin özünəməxsus istəkləri vardır ki, bu da sərnişin daşımada təşkil edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət