
Yeni dünya nizamı: Daha böyük hərbi və siyasi "iştahlar" meydana gəlir
Yusif Nəzərli
13:26 20.02.2024
Dünya
665
Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktyorlar artıq sülhə nail olmaq üçün çalışmırlar.
Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Münhen Təhlükəsizlik Konfransı haqqında danışarkən deyib.
“Mən dəfələrlə Münhen Konfransında olmuşam. Bu dəfə çox şey gördüm, lakin qorxuram ki, sülhün bərqərar olması və innovativ həllərin tapması üçün olan cəhdlərin kifayət qədər nəticəsi yoxdur. Mənə elə gəlir ki, artıq “sülh” - dünyada sevilməyən və arzuolunmaz sözə çevrilib”, - o bildirib.
Vuçiçin fikirlərini şərh edən siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, ümumiyyətlə yer kürəsində yeni dünya nizami yaranır:
"Yeni dünya nizamının formalaşma prosesinin başa çatması üçün müəyyən çalxantılara ehtiyac var. Həmin qarışıqlıqlar isə ancaq müharibələr ilə ola bilər. Təəssüf ki, müasir dünyada böyük müharibələrin qarşısını almaq mümkün olmadı. Türkiyə kimi ölkələrin səyləri isə nəticəsiz qaldı. Məsələn, Türkiyə Ukrayna savaşının olmasına nə qədər qarşı çıxsa da, alınmadı. Bütün səylərinə rəğmən qardaş Türkiyə hazırda Yaxın Şərqdə müharibənin qarşısını ala bilmir. Eyni zamanda Türkiyə Cənubi Qafqaz məsələsində Nikol Paşinyanı ipə-sapa yatızdıramağı bacarmır. Burada isə ən böyük ittiham olunacaq tərəf beynəlxalq təşkilatlardır. Məsələn, Birləşmiş Millətlər Təşkilatı (BMT) sülhə xidmət edən qurum kimi dünya dövlətlərindən BMT-nin qətnamələrinə əməl olunmasını tələb etmir. Keçmiş Dağliq Qarabağ münaqişəsi ilə bağlı 4 məlum qətnaməsi var. Bunların heç birini isə Ermənistandan istəmir. Həmçinin UNESCO təşkilatı da Ermənistanın Azərbaycanın tarixi abidələrini məhv etməsi ilə bağlı hansısa addım atmayıb. Bu təşkilatlar öz öhdəliklərini yerinə yetirmədikcə və hücum edən tərəfə yerini göstərmədikcə, həmin tərəflər daha böyük qol-qanad açırlar. Nəticə etibarı ilə də daha böyük siyasi, hərbi iştahlar meydana gəlir və müharibələr baş verir".
Ekspert onu da vurğulayıb ki, Vuçiçin açıqlaması təkcə Azərbayan və Ermənistan arasında olan məsələyə aid deyil:
"Toqquşmaların miqyası o qədər artıb ki, bunun qarşısını almaq mümkün deyil. Lokal və dövlətlərarası toqquşmanın qarşını müəyyəm qədər dayandərmaq olar. Amma indi dünya şahmat taxtasıdır. Taxtanın bu başındakı hadisə ilə digər tərəfindəki hadisə birbaşa əlaqəlidir. Bu gün Şərqi Avropadakı vəziyyət ilə Yaxın Şərqdəki hadisə bir-birinə bağlıdır. Yaxın Şərqdəki hadisə isə Cənubi Qafqaza təsir edir. Dünya dövlətləri isə bir regionda olan məğlubiyyətin əvəzini digər regionda çıxmağa çalışır. Belə olan halda isə sülh və əmin amanlıqdan danışmaq mümkün deyil".

Kənan Novruzov Azərbaycan və Ermənistan arasında olan məsələyə də aydınlıq gətirib:
"Azərbaycan ilə Ermənistan arasında sülh məsələsi heç vaxt olmadı qədər yaxındır. Sülhə əngəl olan maneələrin müəyyən qədəri aradan qalxıb. Amma həll olunası bir neçə proses qalmaqdadır. Minalı ərazilərin xəritələrinin verilməsi və anklavlar məsələsi öz həllini tapmalıdır. Xüsusilə də Ermənistan qanunvericiliyində konstutusiyaya dəyişiklik etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya