"Hazırkı situasiyada Türkiyənin Ermənistanla savaşa girmək niyyətinin olduğunu düşünmürəm. Buna ehtiyacının olmadığı bir yana, Ermənistan Türkiyənin savaşacağı bir ölkə deyil axı! NATO ölkəsi olan Türkiyə üçün Ermənistan ordusu kiçicik bir zərrədir.
Erməni mediasının məqsədli dezininformasiyası! - ŞƏRH
09:56 12.03.2024
Gündəm
373
Türkiyənin Ermənistan sərhədinə texnika yığmasına ehtiyac yoxdur “Türkiyə ordusunun kiçik bir hərbi hissəsi bəs edər. "Komanda" birliyi bircə saat ərzində Ermənistanın bu yanından girib, o yanından çıxar”
"Hazırkı situasiyada Türkiyənin Ermənistanla savaşa girmək niyyətinin olduğunu düşünmürəm. Buna ehtiyacının olmadığı bir yana, Ermənistan Türkiyənin savaşacağı bir ölkə deyil axı! NATO ölkəsi olan Türkiyə üçün Ermənistan ordusu kiçicik bir zərrədir.
Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.
Bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.
O bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır və bu, misli görünməmiş hazırlıqdır: “Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək”.
K.Poqosyan hesab edir ki, Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq:“Ermənistanın sərhədlərin mühafizəsi ilə bağlı problemi var, hətta “Zvartnots”da sərhəd xidmətini təşkil etmək imkanı yoxdur. Çünki Ermənistanda heç vaxt mütəxəssis olmayıb, Vazgen Sarkisyan adına hərbi instituta ilk mütəxəssislər yalnız bu il qəbul edilib, onların da sayı cəmi 7 nəfərdir. Ermənistan-Türkiyə sərhədini qorumaq üçün də kifayət qədər resursumuz yoxdur. Bütün bunların fonunda Türkiyə artilleriyasını sərhədə yaxınlaşdırır, oradan atılacaq raket düz xətt üzrə İrəvana çatacaq”.
Politoloq Elçin Xalidbəyli isə "Sherg.az"a açıqlamasında deyib ki, ermənilərin yaydığı məlumatlar adətən manipulyasiya xarakteri daşıyır və reallıqla heç bir əlaqəsi olmur. Bu baxımdan Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar da şübhə doğurur:
"Hazırkı situasiyada Türkiyənin Ermənistanla savaşa girmək niyyətinin olduğunu düşünmürəm. Buna ehtiyacının olmadığı bir yana, Ermənistan Türkiyənin savaşacağı bir ölkə deyil axı! NATO ölkəsi olan Türkiyə üçün Ermənistan ordusu kiçicik bir zərrədir. Əgər Türkiyə Ermənistana hücum planlasa belə, bunun üçün xüsusi hazırlıq tədbirləri görmək, qeyd edildiyi kimi artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirməsinə ehtiyacı yoxdur. Ermənistan ordusu ağır məğlubiyyətə məruz qalıb, darmadağın edilmiş bir sistemdir. Türkiyə ordusunun kiçik bir hərbi hissəsi, " Komanda" birliyi bircə saat ərzində Ermənistanın bu başından vurub, o başından çıxar. Ona görə, Ermənistan mediasının bu məlumatı məqsədli şəkildə yaydığını güman edirəm. Ermənistan bəlkə də qərbdəki havadarlarına Cənubi Qafqazda geopolitik gərginliyin artdığını göstərmək üçün bu cür uydurmalara əl atıb. Hər halda hadisələrin sonrakı inkişaf istiqamətlərini izləmək daha məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media