
Sosioloq: Qohum nikahlarını çoxdan qadağan etmək lazım idi
11:00 12.03.2024
Sosial
545
“Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib. Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir:
“Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir”.
Görəsən, belə bir qadağa ilə qohum evliliklərinin qarşısını almaq mümkün olacaq?
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri olanlardır:
" Faiz nisbəti ilə götürsək, hər il dünyada körpələrin 8.5 faizi qohum nikahlarından doğulur. Azərbaycan kimi qohum nikahlara üstünlük verən ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyinə də sıx-sıx rastlanır. Qohum nikahlarına görə, dünya ölkələri arasında. C Hindistan, Misir və Türkiyə liderlik edir. Qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Çünki ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum evliliyidir. Qohum nikahlarını çoxdan qadağan etmək lazım idi ".

L.Mehralı diqqətə çatdırıb ki, bir çox ölkələrdə bu cür nikahlar qadağandır:
"Məsələn, Amerikanın bir çox ştatında, Tacikistanda, Qazaxıstanda, Hollandiyada qohum evliliyi qadağandır. Bu nəsillərin təmizlənməsi, xəstəliklərin durulması, xüsusilə irsi xəstəliklərin nəsildən nəsilə ötürülməsinin qarşısının alınması üçün vacib addımdır. Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməs, vəziyyət bizim ölkədə də kritik olacaq. İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənmənin gələcək uşaqları üçün zərərli ola biləcəyini başa düşməzdən əvvəl, genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini başa düşməlidirlər. Əgər başa düşsələr, özləri bunun nə qədər təhlükəli olduğunu görüb belə bir evliliyə qol qoymazlar. Amma nə qədər başa düşən var, bu mübahisəli mövzudur ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media