
Qorxulu Virus: Hamilə qadınlar və yaşlılarda daha çox inkişaf edir -AÇIQLAMA
13:38 16.05.2024
Sağlamlıq
655
İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.
Nəşrin yazdığına görə, "Rocahepevirus ratti" virusu (RHEV) ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib. İnsanların sözügedən virusa yoluxmayacağına inanılıb. Bununla belə, 2018-ci ildə Hepatit E virusuna yoluxmuş ilk şəxs müəyyən edilib.
“Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu hal da virusun ölkənin böyük bir hissəsində mövcud olduğunu göstərir. 40 yoluxma 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili ilə müəyyən edilib ", - Kordobanın Maimonides Biotibbi Tədqiqat İnstitutunda (Imibic) hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Juarez bildirib.
Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. Bir fərziyyə insanların daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa biləcəyidir.
Əvvəllər “Journal of Medical Virology” Hepatit E virusunun ilk dəfə Koreya Pasyuklarında aşkar edildiyini yazıb.
Infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, hepatit E yeni virus növü deyil:

"Bu hepatit virusunun bir qrupudur. İnsana siçovuldan keçmə ehtimalı var. Lakin bu xəstəlik daha çox insandan insana keçir. Əsasən, bağırsaq infeksiyası törədir. Əlləri çirkli saxladıqda xəstəliyə yoluxma riski var. Siçovulların nəcisi ilə çirklənmiş qida və suyu istifadə etdikdə xəstəliyin keçmə şans artır. Virusun ünyaya yayılma riski isə azdır. Yəni, koronovirus və qızılca kimi hava damcı yolu ilə yoluxmur. Bunu lokal xəstəlik kimi xarakterizə etmək olar. Həmçinin,bu immun sistemi zəif olan şəxslərdə xüsusi ilə hamilə qadınlar və yaşlılarda daha çox inkişaf edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
12:50 01.10.2026
Ölkə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət