
Sosioloq od püskürdü: 25 yaşlı kişi 14 yaşlı qızla evlənməyə necə razı ola bilər?
10:51 23.05.2024
Sosial
430
Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb. Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki "Yunus" şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb. Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub. Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.
Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, baş verən hadisə ailə-nikah haqqında qanunvericiliyə və ailə dəyərlərimizə ziddir:
"Necə olub ki, hadisə 6 ay sonra açıqlanıb? Deməli, qızın anasının xəbəri olmasa, bu evlilik davam edəcəkdi. Burada bir cinayət hadisəsi baş verib. Bir sözlə, 14 yaşlı qızın ərə verilməsində iştirakçı olanların hər biri cəzalandırılmalıdır. 25 yaşlı kişi 14 yaşlı qızla evlənməyə necə razı ola bilər?. Ağcabədi Rayon Məhkəməsi tərəfindən bu şəxsə 1 il 2 ay həbs cəzası verilib. Bu, çox az cəza müddətidir. Bir uşağın həyatını məhv etməklə 1 il 2 ay cəza ilə yaxa qurtulmaq olar? Maraqlıdır, həmin şəxs cəzasını çəkəndən sonra nə baş verəcək? Bu qızın taleyi necə olacaq? Axı o, artıq qadındır, hələ üstəlik ana da ola bilər. Biz bu təfəkkürlə əsrlər öncəyə qayıdırıq? Qızın ata və nənəsinə bu ixtiyarı kim verib ki , azyaşlı qızı ərə versin?".

Ekspert vurğulayıb ki,qızın nənə və atası haqqında ciddi cəza tədbiri görülməlidir:
"Belələri cəza almadıqca cəmiyyətdə belə fikir formalaşır ki, nə istəsək edə bilərik. Kütləvi informasiya vasitələri, aid qurumlar erkən nikahların qarşısının alınması, bununla uşaq ölümlərinin, boşanmaların da azalması məqsədilə mübarizə apardığı bir vaxtda belə hadisələrin baş verməsi insanların dünyadan xəbərsiz olması təsəvvürünü yaradır. Görünür, regionlarda bu sahədə maarifləndirmə tədbirləri hələ də lazımi səviyyədə deyil. Yəni, bu nikah haqqında o böyüklükdə rayonda heç bir adiyyatı qurum xəbər tutmayıb? Bu sahədə ciddi cəza mexanizmi tətbiq olunmalıdır. Elə bir mexanizm ki, qorxu effektində olmalı, bu fikrə düşənləri çəkindirməlidir. Yoxsa görünür, belə insanlarla başqa cür mübarizə aparmaq mümkün olmayacaq ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm