4 min metr yüksəklikdən düşdü: Qarışqalar həyatını xilas etdi
Yusif Nəzərli
12:54 02.06.2024
Dünya
696
Amerikalı Joan Mürre bank işçisi olsa da, hobbisi paraşütdən tullanmaq idi. Həyatının ən təhlükəli atlayışını edənədək 35 dəfə paraşütdən tullanıb. 36-cı atlayışı isə az qala faciə ilə nəticələnəcəkdi. Qadın qarışqaların sayəsində həyatda qala bilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Joan Mürre adrenalin həvəskarı olub. Paraşütdən tullanmağı isə həyəcanın ən yüksək zirvəsi hesab edib. 47 yaşlı qadın 35 dəfə paraşütdən tullanıb, hər atlayışı da uğurlu olub. 36-cı dəfə paraşütdən tullanmaq üçün Cənubi Karolina ştatına gedib. Bu hadisə 1999-cu ildə baş verib. Qadın gözlənilməz vəziyyətə düşüb. Paraşüt xarab olub və açılmayıb. Qadın yardımçı paraşütü açmağa çalışıb, lakin paraşütlərin ipləri bir-birinə dolaşdığından qorunacaq bir vasitə qalmayıb. Qadın 4 min 400 metr yüksəklikdən saatda 128 kilometr sürətlə yerə çırpılıb. Amma həlak olmayıb. Möcüzə sayəsində sağ qalıb. Qadının həyatını qurtaran qırmızı qarışqalar olub. Yüksəklikdən sürətlə yerə enən Joan qırmızı qarışqa yığınının üzərinə düşüb. Qarışqalar yuvalarını dağıdan insanı dişləməyə başlayıb. Joan kürəyində yanma və sancma hiss edib. Sonra huşunu itirib. Məhz bu yanma və sancma da onun həyatını xilas edib. 200-dən çox zəhərli qarışqanın eyni anda dişləməsi nəticəsində qadın şoka girib. Şok keçirən bədən adrenalin ifraz etməyə başlayıb və bu da Joanın ürəyinin döyünməsinə səbəb olub. Hadisə yerinə gələn tibbi personal qadını Karolina Tibb Mərkəzinə təxliyə edib. Bu müddət ərzində qadın məhz qarışqaların dişləməsi sayəsində həyatda qalıb. Məlum olub ki, metrələrcə yüksəklikdən yerə çırpılan qadında bir neçə xəsarət izi var. Joan 2 həftə xəstəxanada, huşsuz vəziyyətdə qalıb. Ona 17 dəfə qan köçürülüb, 20 estetik əməliyyat edilib. Müalicə alaraq sağalan Joan paraşütdən tullanmaq sevdasından yenə əl çəkməyib və 2001-ci ildə yenidən səmaya çıxıb. Joan Mürrey ötən il vəfat edib. Yaddaşlarda cəsur qadın kimi qalıb. Qızları və həyat yoldaşı onun üçün hazırlanan nekroloqda bu sözlərə yer verib: “Joan Mürrey 29 ay boyunca xərçənglə mücadilə etdi və sonda ağrılardan xilas oldu. Gülümsər, səmimi, qonaqpərvər insan idi. Amma onu ən çox 1999-cu ildə paraşütdən atlanarkən 4 min 400 metr yüksəklikdən yerə çırpılıb sağ qalan qadın kimi xatırlayırlar. Həyatda qalmağı möcüzədən başqa bir şey sayıla bilməz. Onun həyat hekayəsi hələ də maraqla qarşılanır, haqqında “cəsur qadın idi” deyilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region