DİN: Psixiatriya xəstəxanasında müalicə alan şəxsə digər xəstə tərəfindən xəsarət yetirilib
DİN: Psixiatriya xəstəxanasında müalicə alan şəxsə digər xəstə tərəfindən xəsarət yetirilib
08:21 16.08.2024
Hadisə
474
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.
O iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər.
"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?"
Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər: "Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar?
Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya