
İranın ali rəhbəri də hədəfə alınıb -PROQNOZ
Yusif Nəzərli
03:14 08.10.2024
Dünya
388
Vaşinqton bu həcmdə bir hücumun fəsadlarının böyük olacağını anladığı üçün prosesin nəzarətdə qalmasına, böyüməməsinə çalışır
İranın İsrailə raket hücumundan sonra bütün diqqət Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinin necə olacağındadır. Lakin günlərdir bu cavab baş tutmur, heç bir zərbə endirilmir. Başlıca sual isə budur: İsrail İrana cavab zərbəsi vuracaqmı?
Əslində, bunun cavabı birmənalıdır, bəli, İsrail İrana cavab verəcək. Hücuma necə və nə vaxt cavab veriləcəyini müəyyən etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu həm yüksəksəviyyəli təhlükəsizlik məsləhətləşmələri keçirir, həm də ABŞ ilə təmasdadır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Təl-Əvivin düşündüyü cavab zərbəsi effektiv və Tehranı müharibəyə çəkəcək tərzdə olmalıdır. Lakin bunun önündə ciddi maneələr var. Ekspertə görə, ciddi maneələrdən biri ABŞ faktorudur:

"Vaşinqton İsraili dəstəkləsə də, təyin etdiyi sərhədin keçilməsini istəmir. Yəni Təl-Əviv cavab zərbəsi vuracaqsa, bunun necə olacağını o yox, Ağ Ev müəyyən etməlidir. İsrail ehtimal ki, İranın nüvə obyektləri başda olmaqla hərbi-strateji hədəflərini vurmaq istəyir. Hətta İranın ali rəhbəri də hədəfə alınıb. Vaşinqton bu həcmdə bir hücumun fəsadlarının böyük olacağını anladığı üçün prosesin nəzarətdə qalmasına, böyüməməsinə çalışır. Bu məsələ cavab zərbəsini uzadan başlıca faktordur. Lakin ABŞ ilə İsrailin ortaq məxrəcə gələcəyini demək olar.
İkincisi, İsrailin ehtiyat etdiyi məsələlər var. Belə ki, Tehran Təl-Əvivi cavab zərbəsi olacağı halda ABŞ və İsrailin regional müttəfiqlərinin hərbi bazalarını, həmçinin neft obyektlərini vuracağı ilə hədələyir. Bu məsələ Təl-Əvivi ehtiyatlı davranmağa vadar edir. Hətta sırf bu səbəbə görə İsrail İrana gözlənildiyi kimi dağıdıcı cavab vurmaya bilər".
Analitikin qənaətincə, digər problemlər texniki məsələlərdir:
"İranın İsrailə hücumu sonrası Təl-Əvivə məxsus 20 ədəd F-35 təyyarəsinin məhv edildiyi açıqlandı. İsrail tərəfi bu xəbəri təkzib etsə də, cavab zərbəsinin gecikməsi iddiaların yalan olmadığını göstərir. Yəni İsrailin deyildiyi qədər olmasa da, azı 10-a yaxın F-35 təyyarəsi ya məhv edilib, ya da yararsız haldadır. Bu isə əməliyyatları gecikdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə