Çexiyada son 40 ilin ən böyük etiraz aksiyası keçirilir. Praqada müstəqil medianın dəstəklənməsi məqsədilə keçirilən mitinqdə 400 mindən çox insan iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
Məlumata görə, təşkilatçılar ictimai medianın maliyyələşmə sistemində aparılması nəzərdə tutulan islahatlara qarşı çıxırlar. Hazırda ictimai medianın fəaliyyəti vətəndaşlardan və şirkətlərdən toplanan ödənişlər hesabına maliyyələşir. Nazirlər Kabineti isə bu maliyyələşməni dövlət büdcəsi hesabına həyata keçirməyi təklif edir.
Aksiyaçılar bunun kütləvi informasiya vasitələrinin müstəqilliyinə təsir göstərəcəyini ehtimal edirlər.