Qərbi Azərbaycan İcması Varşavada ATƏT-in konfransı çərçivəsində yan tədbir keçirib
Qərbi Azərbaycan İcması Varşavada ATƏT-in konfransı çərçivəsində yan tədbir keçirib
10:22 08.10.2024
Siyasət
341
Qərbi Azərbaycan İcması (QAİ) Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində qayıdış hüququ mövzusunda yan tədbir keçirib.
Bu barədə "Sherg.az"a İcmadan məlumat verilib.
Bildirilib ki, tədbirin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalq səviyyədə diqqəti artırmaqdır. Tədbir zamanı qayıdışın hüquqi, humanitar və praktiki aspektləri geniş müzakirə edilib.
Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən çıxışında Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdış hüququ sahəsində gördüyü işlərdən danışıb və bu mövzunu qlobal gündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb. Həmçinin Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük ilə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu qeyd edib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparat rəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsi səbəbindən meydana çıxan insan hüquqları pozuntuları barədə çıxış edib.
Qeyd edək ki, tədbir Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün beynəlxalq dialoqa töhfə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə