
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
Yusif Nəzərli
23:04 23.11.2024
Dünya
559
Burada 2 məqsəd var
“Birincisi, əcnəbilər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq alınmasının yerinə yetirilməsindən irəli gələrək bir sıra əlavə öhdəliklərin yaranması, şəxsin qanunlar qarşısında öhdəliklərinin olması, ikincisi də əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasıdır”
Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurundan keçməmiş şəxsləri noyabrın 23-dən etibarən Rusiya Federasiyasının vətəndaşı statusundan məhrum etməyə başlayıb. Müvafiq normalar Rusiya Federasiyası Prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında müəyyən edilib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi bundan əvvəl noyabrın 22-nin bu kateqoriyadan olan vətəndaşlar üçün son andiçmə tarixi olduğunu açıqlamışdı. “Belə şəxslər 2024-cü il noyabrın 23-dən Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığını qəbul etmələri ilə bağlı qərarları etibarsız sayılacaq”, - deyə RF DİN-nin məlumatında bildirilirdi. Lakin bu fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq alarkən ondan azad edilmiş şəxslərə şamil edilmir. Rusiyada çox sayda azərbaycanlının olduğunu nəzərə alsaq, belə sanksiyaların Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımıza da şamil ediləcəyi istisna deyil.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Alahverənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Rusiyada miqrasiya qanunvericiliyinin müxtəlif komponentlər üzrə sərtləşdiyinin şahidi oluruq. Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə çox ciddi mübarizə aparır. Burada məqsəd qeyri-qanuni miqrantların sayının azaldılması, həmçinin də miqrantların yerli cəmiyyətə tam inteqrasiya olunmasını təmin etməkdir:

- Rusiya vətəndaşlığının sadə qaydada verilməsinə 2022-ci ilin aprel-may aylarında başlandı. Bu, Rusiyanın daha çox vətəndaşlıq əldə etmiş şəxs qazanması məqsədi daşıyırdı. Bəllidir ki, vətəndaşlıq alan şəxsin müəyyən hüquqi öhdəlikləri də yaranır. Son illərdə isə miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər qaydaların sərtləşməsiylə nəticələnib. Yeni qaydalardan biri də 2017-ci il sentyabrın 1-dən sonra Rusiya vətəndaşlığı almış şəxslərdən and içmələrinin tələb olunmasıdır. Bu qayda, bu tələb 2017-ci il sentyabrın 1-dək vətəndaşlıq almış şəxslərə şamil edilmir. Bu tarixdən sonra vətəndaşlıq alanlara şamil edilir. Bu da əlavə hüquqi öhdəlik yaradır. Əvvəllər Rusiya qanunvericiliyinə görə, şəxs vətəndaşlıq alırdı, amma andiçmə müəyyən müddət ərzində baş verirdi. Bu ildən etibarən qaydalar dəyişib. Nəinki 2017-ci il sentyabrın 1-dən sonra vətəndaşlıq alanlar, ümumiyyətlə, bundan sonra hər hansı bir əcnəbi Rusiya vətəndaşlığı aldığı zaman and içməlidir. Əvvəlcə vətəndaşlıq alanlara da noyabrın 22-dək andiçmə üçün möhlət verilmişdi. Kim and içdisə, vətəndaşlığı saxlanır, and içməyənlərin vətəndaşlığı ləğv edilir. And içməyənlər Rusiya vətəndaşlığını itirəcək. Burada 2 məqsəd var. Birincisi, əcnəbilər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq alınmasının yerinə yetirilməsindən irəli gələrək bir sıra əlavə öhdəliklərin yaranması, şəxsin qanunlar qarşısında öhdəliklərinin olması, ikincisi də əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasıdır. Andiçmə əlavə hüquqi öhdəlik yaradan haldır, andiçmədə vətəndaşlıq institutu tam şəkildə təmin olunmuş olur. Buna xüsusi diqqət yetirilir. Burada hərbi xidmət öhdəliyi də ola bilər. Ola bilsin bəzi əcnəbilər Rusiya vətəndaşlığının itirilməsindən narahat olmazlar, əksinə sevinərlər ki, hüquqi öhdəliklərdən azad olurlar, amma vətəndaşlığın itirilməsi əlavə problemlər yaradır. Rusiya vətəndaşlığı almaqla öz ölkəsinin vətəndaşlığından çıxmış şəxsin təkrar ölkəsinin və ya başqa bir ölkənin vətəndaşlığını alması çətin ola bilər. İstənilən halda bu çox ciddi hüquqi prosesdir. Bunun olmaması vətəndaşlığın itirilməsinə gətirib çıxaracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə