
Əsədin Ermənistanyönümlü siyasəti bitdi: gələcəkdə Azərbaycanla münasibətlərinin yaxşılaşması ehtimalı var
13:52 12.12.2024
Siyasət
529
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Hikmət Hacıyevin sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq. Eyni zamanda o qeyd edib ki, biz ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək. Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb. Qeyd edib ki. Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Suriyanın əvvəlki rejimi bir tərəfdən erməni lobbisinin, digər tərəfdən isə İran və Rusiyanın ciddi təsiri altında idi:

“Demək olar ki, Bəşər Əsəd rejiminin kukla kimi görüntüsü mövcud olub. Yəni rejimin real çəkisi mövcud deyildi. Ona görə də hesab edirəm ki, Azərbaycana münasibət birmənalı olmayacaqdı. Hətta regional və qlobal səviyyədə olan beynəlxalq təşkilatlarda həmin rejimin Azərbaycan əleyhinə kampaniyalarda iştirakını görmüşük. Məsələn, Birləşmiş Millətlər Təşkilatında hansısa qətnamə çıxarılanda Əsəd rejimi Ermənistan mövqeyində dururdu. Yəni Ermənistan yönümlü siyasət yürüdürdülər. Qarabağda ermənilərin qanuzsuz yerləşdirilmə prosesi həyata keçirilən zaman da Əsəd rejimi Ermənistan üzərindən ermənilərin Qarabağa köçürülməsini reallaşdırırdı. Suriyada müvəqqəti hökümətin gələcəkdə daimi olacağı təqdirdə, Azərbaycanla münasibətlərinin yaxşılaşması ehtimalı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol