
Pezeşkiana qarşı daxildə təzyiqlərin yenidən artacağı ehtimalı yüksəkdir -Politoloq
12:24 23.12.2024
Dünya
573
İran mediasında Prezident Məsud Pezeşkiana təzyiqlərin artdığı və onun istefa verəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.
Bu barədə xüsusən sosial media şəbəkəsində informasiyalar dərc olunur.
Qeyri-rəsmi məlumatlara görə, Pezeşkian “İffət və Hicab qanunu”na qarşı çıxdığına görə mühafizəkarlar tərəfindən təzyiqlərə məruz qalıb.
Bununla yanaşı, o, “sanksiyaların ləğv edilməsi üçün Qərblə danışıqlar” aparılması, “məcburi hicab qaydalarının ləğv edilməsi”, “etniklərin əsas hüquqlarının verilməsi” ilə bağlı təkliflərinin qəbul edilmədiyinə görə istefa barədə düşünür.
Məlumatlarda onun bu barədə İran rəhbəri Əli Xameneiyə məlumat verdiyi, Xameneinin buna qarşı çıxdığı bildirilib.
Hökumətin İnformasiya Şurasının başçısı Əli Əhmədniya prezidentin istefası barədə məumatları təkzib edib.
Qeyd edək ki, Məsud Pezeşkian İran parlamentinin Ali Mədəni İnqilab Şurasının təsdiq elətdirdiyi “Hicab qanunu”nun icrasının qarşısını aldıqdan sonra mühafizəkar siyasi cərəyana bağlı qrupların tənqidləri ilə qarşılaşıb. Cümə imamları, radikal din xadimləri və millət vəkilləri onu üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmaqda ittiham ediblər.
Bir neçə gün qabaq isə Tehranın Keşavərz meydanında SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri Məsud Pezeşkiana qarşı aksiyası keçiriblər.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, İran daxilində mühafizəkar qanadın Pezeşkiana qarşı həm hakimiyyətə gəlməzdən öncə, həm də sonrakı dövrdə təzyiqlər etməsi heç kəsə sirr deyil:

"Xüsusilə SEPAH nəyinki Pezeşkiana, bəzən Ali dini liderə qarşı da müxalif mövqedə olur. Hətta bu istiqamətdə müəyyən açıqlamaların tirajlandığının da şahidi oluruq. İran daxilində bir kəsim var ki, ölkədə etnik azlıqların hüquqlarının təmin edilməsinə qarşı çıxırlar. Eyni zamanda onlar münasibətlərin Qərblə normallaşdırılmasının əleyhinədirlər. Elə hesab edirlər ki, İran konservativ siyasətini davam etdirməlidir və yeganə çıxış yolu budur. Əgər İran ənənəvi siyasətini davam etdirərsə, o zaman bölünmə təhlükəsindən uzaq olar və onu gözləyən təhdidlərdən sığortalanar. Amma bu, kökündən yanlışdır. Digər tərəfdən İranda islahatçı qrup düşünür ki, indiyə qədər yürüdülən ənənəvi siyasəti əslində bu dövlətin bütövlüyünün qorunmasına əngəl yaradır. Beləliklə də bütün bunlar İran dövlətçiliyinin mövcudluğu ilə bağlı problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Qeyd edək ki, Pezeşkianın hakimiyyətə gəlməsində Xamenei də rol oynadı. O da artıq başa düşür ki, ənənəvi siyasətin davam etdirilməsi mümkünsüzdür".
Politoloqun mövqeyinə görə, İranda islahatlar qaçılmazdır:
"Əslində Pezeşkian islahatçı sima kimi ortaya çıxdı. Həmçinin İranı gözləyən təhdidlərin aradan qaldırılması üçün Qərblə olan münasibətləri normallaşdırmaqla yanaşı, daxildə ictimai-hüquqi və sosial-iqtisadi sahədə islahatların aparılmasının tərəfdarı kimi çıxış etdi. Bu baxımdan İran Prezidentinə qarşı daxildə təzyiqlərin yenidən artacağı ehtimalı yüksəkdir. Lakin bu təzyiqlər Pezeşkianın istefasına səbəb olmayacaq. Onun fikirləri, yəni, etnik azlıqların hüquqlarının tanınması, hazırkı siyasi xəttə düzəliş edilməsi, effektiv xarici siyasət yürüdülməsi, düşmən münasibətlərin kənara qoyulması qəbul edilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya