Kobaxidze: Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir
08:19 17.01.2025
Cənubi Qafqaz
714
Biz regionda konkret praktiki addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq, Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İqtisadi Əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 10-cu iclasının açılışında bildirib.
İrakli Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasında dinamik əməkdaşlığa təkan verəcək.
“Hər dəfə səfərimiz zamanı öz gözəlliyi və inkişaf tempi ilə bizi heyran edən bir şəhərdə - Bakıda olmaq mənim üçün böyük şərəfdir. Mən şadam ki, ilk dəfə olaraq 10-cu Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasına həmsədrlik etmək imkanı əldə edirəm. Mən dərindən əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dinamik və səmərəli olması üçün, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. Fürsətdən istifadə edərək, Azərbaycanı BMT-nin COP-29 konfransının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Şadam ki, COP-29-un işində iştirak etmək imkanım oldu. Mən bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə sizə təşəkkür etmək istəyirəm”, - Baş nazir bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, regionda və dünyada sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə regional inkişafın və davamlı rifahın əsas şərti kimi sülh və sabitliyə daha da böyük önəm verilir.
“Əminəm ki, birgə səylərlə biz nəinki bütün çətinliklərin öhdəsindən gələcəyik, hətta daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq. Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir", - deyə Baş nazir bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm