
Prezidentin USAİD-lə bağlı söylədiyi fikirlər onun prosesləri doğru analiz etmə qabiliyyətinin göstəricisidir -ANALİZ
13:03 04.02.2025
Siyasət
472
USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), illərdir dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə müdaxilə edərək inqilablara dəstək verməklə tanınır. Bu, yalnız birbaşa siyasi təzyiq deyil, həm də beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə həyata keçirilir. Hətta USAİD, müstəqil siyasət yürüdən dövlətlər haqqında "müstəqil araşdırmalar" sifariş edərək və beynəlxalq dezinformasiya kampaniyaları təşkil edərək, həmin ölkələrə qarşı manipulyasiyalar həyata keçirir.
1970-ci illərdə ABŞ-da media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi, Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bu praktika bu günə qədər davam edir. USAİD hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar xərcləyir.
Bir nümunə olaraq, USAİD, Nyu-Yorkun keçmiş meri və ABŞ prezidenti Donald Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri Rudi Culianiyə qarşı kompromat tapılması məqsədilə, OCCRP (Müstəqil Jurnalist Araşdırma Qrupu) təşkilatına 20 milyon dollar ödəniş etmişdir. Bu ifşa, OCCRP-nin araşdırmalarının nə qədər "ciddi" və "müstəqil" olduğunu da göstərir. Həmçinin, OCCRP-nin Azərbaycana qarşı yayılan dezinformasiya xarakterli araşdırmaları, Qarabağda "etnik təmizləmələr" mövzusunda aparılan saxta araşdırmalar və buna bənzər digər şübhəli fəaliyyətləri də USAİD-in media və informasiya manipulyasiyalarının tərkib hissəsi olaraq nəzərdən keçirilə bilər.
Politoloq Taleh Əliyev "Sherg.az"a söyləyib ki, USAİD-in bağlanması haqqında yayılan informasiyalar ABŞ dövləti içərisindəki daxili mübarizənin göstəricisidir:

"Donald Trampın dövlət gəlirlərinin səmərəli istifadəsi ilə bağlı məsul vəzifəyə təyin etdiyi İlon Maskın bu quruma davamlı göndərdiyi məktubların cavabsız qalması belə bir sonluğa gətirib çıxarmalı idi. USAİD-in tamamilə ləğv edilməsi o halda mümkündür ki, ABŞ-nin dövlət maraqları istiqamətində həyata keçirdiyi fəaliyyəti davam etdirəcək yeni təşkilat yaradılsın. Həmçinin qurumun adı saxlanılmaqla rəhbər kadr heyəti tamamilə dəyişdirilə və yenidən formalaşdırıla bilər. Azərbaycan Prezidentinin USAİD-lə bağlı söylədiyi fikirlər onun dünyada və xüsusilə ABŞ-də cərəyan edən prosesləri doğru analiz etmə qabiliyyətinin göstəricisidir".
Politoloq qeyd edib ki, agentliyin Rusiyada fəaliyyətinin dayandırılması və Azərbaycanda isti yanaşılmamasının başlıca səbəbi isə təşkilatın mövcud siyasi hakimiyyətlərlə tərs düşən vətəndaş cəmiyyəti strategiyasından irəli gəlməsidir:
"Lakin dünyanın müxtəlif ölkələrində, xüsusilə də ABŞ-la münasibətləri normal olan dövlətlərdə USAİD-in milyardlarla vəsaiti hesabına amerikayönümlü fəaliyyətlər həyata keçirilirdi. USAİD ABŞ-nin dünyada "yumşaq güc" üzərindən təsir imkanlarının mərkəzləşdirilmiş qaydada koordinasiya edildiyi qurumdur. Düşünmürəm ki, Tramp onun sıradan çıxarılmasını reallaşdıracaq və ləğv edəcək. Məhz təşkilatın strateji-fəlsəfi fəaliyyətini həyata keçirəcək qurum yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya