
Təyyarənin necə vurulduğu ortaya çıxır: Moskva Astanaya hədəfi onlardan uzaqlaşdırmağı söyləyə bilər
09:37 05.02.2025
Aktual
497
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.Hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb. Eyni zamanda qeyd olunub ki, istintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.
Ekspertlər qeyd ediblər ki, təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir. Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb, hesabatda qeyd olunub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Siyasi şərhçi Kənan Novruzov ''Sherg.az''a bildirib ki, hesabatda diqqət çəkən iki məqam mövcuddur:

''Birincisi, təyyarənin quş dəstələriylə toqquşma ehtimalının istisna edilməsinin əlamətləri yoxdur. Bu hadisənin ilk vaxtlarında bəzi qüvvələrin, o cümlədən Rusiyanın yaratmaq istədiyi ictimai rəyin əksini sübut edir. Həmin vaxt Rusiya hər kəsi təyyarənin quş dəstəsiylə toqquşduğuna inandırmağa çalışırdı. Ancaq Azərbaycan qətiyyətli mövqe ortaya qoydu və obyektiv araşdırma tələb etdi. Obyektiv araşdırma nəticəsində isə bu ehtimal istisna olunur. Digər diqqət çəkən məqam isə təyyarə üzərində deşik izlərinin olmasıdır. Əgər təyyarə quş dəstəsiylə toqquşsa idi, onun üzərində deşiklər olmazdı. İlkin araşdırma nəticəsində bəlli olur ki, təyyarə kənardan müdaxilə nəticəsində qəzaya uğrayıb. Düşünürəm ki, araşdırma davam etdikcə təyyarənin necə vurulduğu ortaya çıxacaq. Rusiya yaxın günlərdə ilkin hesabata münasibət bildirəcək. Çox güman ki, rəsmi Moskva ciddi bir şey söyləməyəcək. Lakin Rusiyanın pərdə arxasında Qazaxıstana təzyiq göstərməsi mümkündür. Yəni Rusiya rəsmi Astanaya hədəfi onlardan uzaqlaşdırmağı söyləyə bilər. Amma Qazaxıstanın bu məsələyə Rusiyanın diqtəsi ilə yanaşacağını hesab etmirəm. Qazaxıstan Rusiya ilə əlaqələri yüksək səviyyədə olan ölkə olaraq rəsmi Bakının mövqeyini qoruyacaq. Bu hadisələr fonunda Rusiya və Qazaxıstan münasibətlərində müəyyən ziddiyyətlərin yaranma ehtimalı var''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat