İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Yusif Nəzərli
06:16 22.03.2025
Siyasət
388
Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təfərrüatları açıqlamadan deyib ki, İslam Respublikası vasitəçilərlə ABŞ Prezidentinin məktubuna cavab verib və mümkün danışıqların qapısını açıb.
APA xəbər verir ki, bu barədə Stiven Uitkoff journalist Taker Karlsona verdiyi müsahibədə deyib.
Uitkoff bildirib ki, Tramp Xamneiyə məktubunda təkcə nüvə məsələsini deyil, iki ölkə arasındakı bütün problemləri həll etmək istədiyini vurğulayıb: “O, regionda sabitliyi daha da poza biləcək münaqişələrdən qaçmağa sadiqdir”.
Onun sözlərinə görə, İran vasitəçilərlə Trampın məktubuna cavab verib:
"Bildiyiniz kimi Prezident Tramp İran hökumətinin rəhbərliyinə, xüsusən də Əli Xameneiyə məktub göndərərək, nüvə problemini və daha geniş gərginliyi həll etmək üçün birbaşa danışıqları təklif edib. Mən təsdiq edə bilərəm ki, İran bu məktuba cavab verib. Cavab alındı və dialoq üçün mümkün qapılar açıldı”.
Trampın nümayəndəsi bunun düzgün atılmış addım olduğunu qeyd edib: “Bu düzgün istiqamətdə atılan addımdır. Cavab hələ tam razılıq deyil, lakin bu, İranın ən azı dolayı yolla iştirak etdiyini göstərir. Ümid edirik ki, bu addım istər mənim komandam, istərsə də Prezidentin təyin etdiyi başqa nümayəndə vasitəsilə rəsmi danışıqlara səbəb olacaq. Məqsədimiz bəllidir: İranla bütün məsələləri hərbi əməliyyatlara əl atmadan sülh yolu ilə həll etmək”.
O bildirib ki, İranın iki seçimi var: “İranı idarə etməyin iki yolu var: hərbi yolla və ya razılaşma yolu ilə. Prezident Tramp açıq şəkildə sövdələşməyə üstünlük verdiyini bildirib”.
Uitkoff vurğulayıb ki, Tramp müharibədən qaçır, lakin lazım gələrsə, müharibənin qarşısını almaq üçün hərbi gücdən istifadə edəcək: “Prezident Tramp bu məsələnin gərginlik daha da artmadan həll olunmasını istəyir. Donald Trampın idealı bizim təklif etdiyimiz körpü planına uyğun olaraq bunu Ramazan və Pasxadan sonra aprel ayına qədər yerinə yetirməkdir. İran sülhü seçsə, biz yeni fəsil yarada bilərik".
Bununla belə, Stivin Uitkoff İran ilə ABŞ arasında danışıqların başlanmasına ümid etdiyini bildirib: “Mən çox ümid edirəm ki, bu nəticə verəcək. Prezident Tramp müharibə istəmir. O, bu məsələni dəfələrlə açıqlayıb. Sanksiyaların iqtisadi təzyiqini və hərbi münaqişənin böyüməsi riskini nəzərə alaraq İranın bizimlə problemlərini həll etmək imkanı var. İnanıram ki, Səudiyyə Ərəbistanı və bəlkə də Rusiya kimi müttəfiqlərimizin dəstəyi ilə tezliklə bu danışıqlara başlaya bilərik. İstər mənim komandam, istərsə də başqa bir etibarlı hökumət adamı vasitəsilə biz İran rəsmiləri və ya onların nümayəndələri ilə danışıqlar aparmağa və razılığa gəlməyə hazırıq”.
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xameneiyə məktuba toxunaraq məktubun zəiflik mövqeyindən deyil, güclü mövqedən göndərildiyini bildirib:
“Bizim əhəmiyyətli hərbi üstünlüyümüz var və İran bunu bilir. Amma məqsəd hədələmək və ya hücum etmək deyil. Məqsəd İrana göstərməkdir ki, danışıqlar onların məntiqi və təbii seçimidir. İqtisadi təhlükəsizlik, inandığımız kimi, milli təhlükəsizliklə eynidirsə, İran hökuməti bu yolda davam etsə, heç nə olmayacaq. Amma onlar danışıqlara başlasalar, biz sanksiyaları qaldıra, iqtisadi əlaqələr qura və İran xalqının daha yaxşı yaşamasına kömək edə bilərik. Bu Trampın çox maraqlandığı bir şeydir."
"Əgər İran razılaşarsa, biz sanksiyaları tədricən ləğv edə və İranın qlobal iqtisadiyyata qayıtmasına icazə verə bilərik. Bu, daha güclü ticarət əlaqələri, beynəlxalq bazarlara çıxış və investisiya imkanları deməkdir. İran xalqı çiçəklənməyə layiqdir. Tramp buna inanır. Biz iqtisadi təcridin onların ölkəsinə nələr gətirdiyini gördük. Razılaşma bu tendensiyanın qarşısını ala və təkcə İrana deyil, bütün Yaxın Şərqə sülh və sabitlik gətirə bilər", - Uitkoff əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya