Analitik: Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlaması real deyil
Yusif Nəzərli
15:59 23.03.2025
Siyasət
464
Cənubi Qafqazda, xüsusilə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik və münaqişələr, regionda sabitliyi təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Son illərdə baş verən hadisələr, o cümlədən 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı, bu iki dövlət arasındakı güc balansını əhəmiyyətli dərəcədə dəyişdi.
Lakin hazırda Ermənistanın yenidən silahlandırılması regiondakı sabitliyi təhdid edir.
Politoloq Elçin Abdullayev Sherg.az-a açıqlamasında Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlama ehtimalından, regional və beynəlxalq geosiyasi faktorlardan söz açıb:
"Hazırki vəziyyətdə Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlamasını real olaraq görmürəm. Əvvəla, ona görə ki, istər Azərbaycan rəsmləri, istərsə də Ermənistan rəsmləri, regionda sülh müqaviləsinin imzalanması və sabitliyin bərpa olunması istiqamətində bəyanatlar səsləndirirlər. Bu isə ondan xəbər verir ki, Ermənistan və Azərbaycan rəhbərliyi yenidən müharibə başlanmasının tərəfdarı deyillər. Hesab edirəm ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı bu iki dövlət arasında güc balansının tamamilə ortada olduğunu göstərdi. Belə ki, həm 2020-ci il, həm də 2023-cü il hərbi toqquşmalar təsdiqlədi ki, Ermənistanın hərbi potensialı Azərbaycanla uzun müddətli müharibəyə davam gətirə bilməyəcək. Bunu təbii olaraq Paşinyan hakimiyyəti və Ermənistan cəmiyyəti də çox gözəl bilir. Onlar gözəl anlayırlar ki, yenidən əgər Azərbaycanla müharibə həvəsinə düşsələr və yenidən müharibəyə başlasalar, o zaman Ermənistandan həm texnoloji baxımından, həm də canlı qüvvə baxımından güclü olan Azərbaycan ordusuna qarşı mütləq məğlub olacaqlar. Bu da o deməkdir ki, Ermənistan tərəfi Azərbaycanla müharibə riskini göz önünə almaz.
Təbii, burada Azərbaycanla Ermənistan arasındakı münasibətlərin sülh və yaxud da gərginlik səviyyəsində olması həm də beynəlxalq geosiyasi vəziyyətlə bağlıdır".
Ekspert Ermənistanın hərbi potensialını Rusiyanın və Qərbin verdiyi silahlar sayəsində artırdığını bildirib:
"Lakin hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin gedişatı onu göstərir ki, Moskva bütün diqqətini Ukraynaya fokusladığı üçün Ermənistanın hərbi arsenalını silah-sursatla gücləndirmək iqtidarında deyil. Bundan başqa, bu da bir həqiqətdir ki, artıq Paşinyan hakimiyyəti Qərblə əməkdaşlığa və Avropa Birliyi ilə inteqrasiya siyasətinə üstünlük verir. Bu isə təbii olaraq Rusiyanın Ermənistana olan münasibətini gərginləşdirir. Beləliklə, Ermənistan daxilində antipaşinyan əhval-ruhiyyəsi ilə yaşayan Rusiya mənşəli qüvvələr var ki, onlar təbii olaraq müharibə istəyini tez-tez dilə gətirirlər. Lakin mən hesab etmirəm ki, Ermənistan daxilində olan Rusiya meyilli qüvvələr Moskva tərəfindən tam olaraq qızışdırılıb Azərbaycanla Ermənistanı yenidən müharibə meydanına gətirmək istəyirlər. Çünki bu gün Ermənistan nə qədər də Moskvadan uzaqlaşsa da və uzaqlaşmaq istəsə də, əslində, regionda yeni bir müharibənin başlaması zəif olan Rusiyanın istəyinə uyğun gəlmir.
Mən Ermənistanın yaxın dövrlərdə Azərbaycanla yeni müharibəyə başlaması ehtimalını çox aşağı görürəm".
Politoloq sonda Ermənistanın indiki hakimiyyətinin hər bir şəkildə öz mövqeyini qorumaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışacağını vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə
“Terrorçusuz Türkiyə” Təqib Şurası ilk iclasını keçirir
09:51 24.08.2026
Gündəm