Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb
Yusif Nəzərli
11:13 24.03.2025
Ekologiya
380
Baharın ilk günləri olmasına baxmayaraq, təbiət hələ də bu dəyişikliyə tam uyğunlaşmayıb. Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib, yaz yağışları isə artıq yerini qar yağışına verib. Xüsusilə Şamaxıda müşahidə edilən güclü qar qış mənzərəsi yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Güclü duman müşahidə edildiyindən nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Onun sözlərinə görə, qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkətini təmin etmək məqsədilə yol təmizləmə işləri fasiləsiz davam etdirilir.
Axşam saatlarında qarın güclənəcəyi, havanın daha şaxtalı və dumanlı olacağı proqnozlaşdırılır. Bu səbəbdən sürücülərə, xüsusilə Şamaxı-Pirqulu-Dəmirçi yolunda hərəkət edənlərə diqqətli olmaları tövsiyə edilib. Bildirilib ki, sürət həddinə əməl etmək, qarlı və buzlu yollarda ehtiyatlı olmaq vacibdir.
Qarın ən çox sevindirən tərəfi isə bölgəyə istirahət üçün gələn yerli və xarici turistlərdir. Bayram günlərini fürsət bilən qonaqlar bu səhəri möhtəşəm qış mənzərəsi ilə açıblar. Sərt hava şəraitinə baxmayaraq, Şamaxının qarla örtülmüş gözəlliyini görmək istəyənlərin sayı durmadan artır. Turistlər təbiətin bu gözlənilməz sürprizindən zövq alaraq, dağlıq ərazilərdə gəzintiyə çıxır, şəkillər çəkdirir və qışın son hədiyyəsini dəyərləndirirlər.
Yağan qarın kənd təsərrüfatına təsiri isə fərqli qiymətləndirilir. Sakinlərin sözlərinə görə, qarın taxıl və otlaq sahələrinə müsbət təsiri gözlənilir, lakin meyvə ağaclarına ciddi zərər dəyə bilər. Çünki yazın gəlişi ilə bir çox meyvə ağacları çiçək açıb və bar verməyə başlayıb. Hazırda havanın temperaturunun mənfiyə düşməsi məhsuldarlığa mənfi təsir edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi