
Dünyanın idarəsində pay bölgüsü: ABŞ təkbaşına hegomonluq edə bilməyəcəyini anlayır
Yusif Nəzərli
14:07 27.03.2025
Cənubi Qafqaz
606
ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər:
"Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib".
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatları hegemon dövlət olaraq bütün dünyanın qayğılı məqamlarını üzərinə götürüb:

“Tramp və onun yaxın ətrafı problemli regionlarla bağlı öz münasibətlərini bildirirlər. Amma Trampın səsləndirdiyi çağrışlar Amerikanın fəaliyyətləri ilə çox vaxt uzlaşmır. Amerika kimi dövlətlər və Avropa İttifaqının aparıcı qüvvələri düşünürlər ki, onlar olmadan başqa güc mərkəzləri problemləri həll etmək iqtidarında deyil. Lakin bu onların düşündüyü kimi baş tutmur. Məsələn, Azərbaycan öz gücü hesabına torpaqları işğaldan azad etdi. Halbuki bütün dünya Qarabağ problemində silah-sursat işlətmənin faydası olmayacağını deyirdi. Bu proseslərdə Qərbin riyakar yanaşmasının şahidi olurduq. Türkiyə isə üzərinə düşən məsələləri icra edir və Azərbaycana siyasi, mənəvi dəstək göstərdi. Eyni zamanda Ermənistanın işğalçı və aqressiv siyasətini məhkum etdi. İndi isə Türkiyə Ukraynanın ərazi bütövlüyünü önəmli məsələ olaraq ortaya qoyur. Yəni dünyanın idarə olunmasında pay bölgüsü olmalıdır, burada hegemonluq etmək düzgün yanaşma sayılmır”.
Ekspert qeyd edib ki, diplomatiya sahəsində belə bir fikir var "söz danışıqlardan keçir":
“Amerika belə məsələləri vacib sayırsa, onların özlərinin iştirakı da konstruktiv məcrəda olmalıdır. Amma Qarabağ məsələsində Amerika, Fransa, Rusiya şər qüvvənin tərəfindəydilər və Azərbaycanın istəklərinin yerinə yetrilməsinə imkan vermirdilər. Hətta Ermənistanın işğalçılıq siyasəti aparmasına qarşı da səslərini çıxarmadılar. Azərbaycanın heç bir probleminə hansısa dövlət və yaxud beynəlxalq təşkilat dəstək göstərmədi. Lakin Ermənistana altdan-altdan köməklik edərək işğalçılıq siyasətinə rəvac verirdilər. Amerika diplomatiya sahəsində Cənubi Qafqazla bağlı dedikləri sözləri əməldə təsdiqləməlidirlər. Eyni zamanda sözügedən prosesə dəstək göstərənlərə əngəl törətməməlidirlər. Dünya düzəninin obyektiv əsaslarla qurulmasını istəyirlərsə, düzgün mövqedə olanlara problem törətməməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi