
Azərbaycanda sentyabra qədər quş əti və yumurta bahalaşmayacaq - İqtisadçı-ekspert
Yusif Nəzərli
11:57 31.03.2025
İqtisadiyyat
755
ABŞ-dən sonra Fransada da yumurta qıtlığı yaşanır. Teleqraf-ın xəbərinə gprə bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə Fransada son bir neçə həftə ərzində supermarketlərdə yumurta bölmələri tamamilə boş qalıb.
"ABŞ-dəki boş rəflərin və rekord qiymətlərin Fransada da təkrarlanması ölkədə gərginliyi daha da artırıb. Bu, çaxnaşma reaksiyası yaradır və müştəri bir qutu əvəzinə iki qutu alır", – deyə ölkənin Milli Yumurta Təşviqi Komitəsinin (CNPO) vitse-prezidenti Loik Kulombel bildirib.
"Supermarket satışları 2024-cü ildə 4% artmışdı, yanvar və fevral aylarında isə bu göstərici əlavə 4.6% yüksəldi. Halbuki 2024-cü ildə istehsal sabit qalaraq təxminən 15 milyard yumurta səviyyəsində olub", – CNPO-nun direktoru Alis Riçard qeyd edib.
Məlumata görə, yumurta istehsalı hələ də 2021-ci illə müqayisədə 4% azdır, yəni quşçuluq fermalarını məhv edən ciddi quş qripi böhranından əvvəlki dövrlə müqayisədə geriləmə var. Simvolu xoruz olan Fransa artıq yumurta baxımından tamamilə özünü təmin edə bilmir.
Qeyd edək ki, inflyasiya səbəbindən fransızlar qızıl balıq və ya nərə balıqlarına nisbətən daha çox toyuq yumurtasına üstünlük verirlər. Bu ucuz protein mənbəyi böyük tələbatla qarşılanır.
Xatırladaq ki, ABŞ-də yumurta qıtlığı quş qripi epidemiyaları səbəbindən ilin əvvəlindən başlayıb və getdikcə daha da güclənir.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Amerikada quş qripinin yayılması səbəbindən bir sıra quşçuluq təsərrüfatları fəaliyyətini dayandırıb və nəticədə ciddi problemlər ortaya çıxıb:
“Digər bir tərəfdən ABŞ da yaranan yumurta qıtlığının ortadan qaldırılması üçün fevral və mart aylarında Türkiyə və Danimarkada ümumilikdə 15 min ton yumurta idxal edilib və artıq Türkiyə ixracatı həyata keçirməkdədir. Fransada isə fərqli səbəblərdən yumurta qıtlığı yaranıb. Burada ekoli və salmanella həm pizzalarda, həm də şokolad məhsullarında aşkar edilən bakteriya səbəbindən belə bir problem yaranıb və yumurta qıtlığı ortaya çıxıb. Azərbaycanda isə mənzərə bir az fərqlidir. Çünki biz 2022-ci ilin statistik məlumatlarına baxsaq, o zaman 2023-cü ildə təxminən 19.7 faiz yumurta istehsalında artım müşahidə olunub. Məsələn, 2023-cü ildə bir milyard 570 milyon ədəd yumurta tədarük olunub ki, bu da 2022-ci illə müqayisədə 20 faizə yaxın artım deməkdir. Azərbaycanda yumurta tədarükü ilə bağlı 2025-ci ilin yanvar və mart aylarında da artımın müşahidə ediləcəyi, əvvəlki illərin eyni dövrü ilə müqayisədə ən azı 10 faizlik artım olacağı gözləniləndir. Yəni Azərbaycandakı mövcud quşçuluq təsərrüfatları üzrə yumurta tədarükü potensialı kifayət qədər yüksəkdir və daxili tələbatı demək olar ki, artıqlaması ilə qarşılaya bilir. Hətta Azərbaycan xarici ölkələrə yumurta ixrac edən bir imkanlara sahibdir. Azərbaycan xarici ölkələrə hər il milyonlarla ədəd bu illərə və ölkələrə görə dəyişir, yumurta ixrac edir. Biz ötən il təxminən 50 milyon və bir neçə partiyadan ibarət olmaqla Rusiyaya Azərbaycandan yumurta ixrac edildiyini qeyd edə bilərik. Bu baxımdan da həm Fransadakı bakteriyalar, həm quş qripi Amerikada yayılıb və quşçuluq təsərrüfatları fəaliyyətini dayandırıb. Düşünürəm ki, Azərbaycanda epidemioloji vəziyyət sabitdir və bizdə elə bir təhlükə olmadığına görə də yerli tədarük hesabına daxili bazarın qorunması həyata keçiriləcək və qiymətlərdə bahalaşmayacaq. Əksinə, bu aralar mövsümlə əlaqədar olaraq həm quşçuluq təsərrüfatlarındakı yumurta tədarükü, həm də yerli təsərrüfatlarda artır. Kənd yerlərində olan vətəndaşların özlərinin kiçik toyuq, quşçuluq təsərrüfatlarında da toyuqlar yumurta verməyə başlayıblar. Bu təsərrüfatlarda da bazara gözləniləndən artıq yumurta çıxdığına görə də sentyabr ayına qədər Azərbaycanda quşçuluq, quş əti, yumurta və bu kimi ərzaqlarla bağlı bahalaşma və yaxud da qıtlıq gözlənilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya