Küçədən keçənləri tutub efirə salırlar -Qulu Məhərrəmli
13:30 02.04.2025
Media
622
Aprelin 1-i Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
“Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Eyni zamanda Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası "Kanal S" kanalında baş verənlərlə bağlı məlumat yayıb:
"Son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb. “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir".
Tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının sədri, media eksperti Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, son illərdə bizim telekanallarda etik hədlərin keçilməsi, əxlaq normalarının pozulması halları tez-tez baş verir:
"Buna daha çox şou, bəzi özəl kanalların sensasiya naminə hazırlanan proqramlarında rast gəlinir. Aparıcılar efirə kimin dəvət olunduğuna, həmin şəxslərin ictimai statusuna diqqət etməlidirlər. Hər halda təsadüfi şəxslərin efirə çıxarılması yolverilməzdir. Televiziyaya çağırılan adamlar ona milyonlarla insanın baxdığının fərqində olmalıdırlar. Verilişlər məişət səviyyəsindən çox yüksək hazırlanmalıdır. Cəmiyyət buna baxır, qiymət verir. Televiziyada bu cür hallar olanda isə özünün etirazını və qəzəbini ifadə edirlər. Digər tərəfdən efirin müəyyən qızıl qaydaları var. İlk növbədə aparıcıya verilən tələblər mövcuddur. Birincisi, intellektual şəxs olmalıdır. Həmçinin qaydaların dəyərlərin, ənənələrin sistemini bilməlidir. İkincisi, tamaşaçı ilə normal şəkildə danışmağı bacarmalıdır. Verilişə dəvət etdiyi insanlarla nəzakət çərçivəsində davranmalı, onları təhqir etməməlidir. Yoxlanmamış, ictimai düşüncəyə zidd, mövcud əxlaq və etika normalarına cavab verməyən fikirlərdən çəkinməlidir. O cümlədən, aparıcı müxtəlif düşüncəyə malik insanların fikirlərinə tolerant yanaşmalıdır. Bəzən efirə dəvət edilmiş şəxsin çıxarılmasının şahidi oluruq. Bu, doğru deyil. Əgər aparıcı qonağı çağırıbsa, ona hörmət etməlidir".
Ekspertin sözlərinə görə, televiziyalarda yersiz danışıq, həddini aşma kimi hallar çox nəzərə çarpır:
"Aparıcının nitqi, təfəkkürü, siması gözəl və nümunəvi olmalıdır. Lakin hazırda bu qaydalara riayət edən jurnalistlər çox azdır. Küçədən keçənləri tutub efirə salırlar. Ümumiyyətlə televiziyanın məsul şəxsləri bu cür davranışlardan çəkinməli və müəyyən tədbirlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya