Hatayda baş verən zəlzələdə anasını itirən, qardaşı isə ağır yaralanan Beliz Aydın, soyuqda üşüməsin deyə gödəkcəsini ona verən ehtiyatda olan polkovnik Raşit Çeliklə 3 il sonra görüşüb.
“Əsrin fəlakəti” zamanı 13-cü saatda dağıntılar altından çıxarılan ailənin yanında olan Çelikin verdiyi gödəkcəni Beliz Aydın illərlə əmanət kimi saxlayıb. Milli Müdafiə Nazirliyinin təşkil etdiyi görüşdə tərəflər göz yaşları içində bir-birinə təşəkkür edib.
Görüşdən sonra qardaşına elektrik əlil arabası, Belizə isə planşet hədiyyə olunub.