Suriya məsələsi ABŞ-Türkiyə əməkdaşlığının əsas prioritetlərindəndir -Analitik
13:07 21.05.2025
Dünya
568
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısı ilə bağlı yazılı açıqlama verib. Suriya ilə bağlı keçirilən toplantıda ABŞ-ni dövlət katibinin müavini Kristofer Landau, Türkiyəni isə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib. Landau ABŞ və Türkiyə arasındakı güclü ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin sülh, ticarət kimi ortaq məqsədlər üzrə əməkdaşlığı genişləndirdiyini vurğulayıb. Görüşdə Prezident Donald Trampın göstərişi ilə tətbiq olunan sanksiyaların ləğv edilməsi, terrorizmin bütün formaları, eləcə də təzahürləri ilə mübarizə də daxil olmaqla, Suriyaya dair ortaq prioritetləri müzakirə olunub. Brus bildirib ki, tərəflər prezident Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı göstərişinin həyata keçirilməsinin vacibliyini müzakirə ediblər, həmçinin vahid Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar. Suriya İşçi Qrupu ilə bağlı Türkiyə-ABŞ Birgə Bəyanatında “Türkiyə və ABŞ barış içində olan sabit Suriya vizyonunu dəstəkləyir” ifadəsi yer alıb.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Türkiyə və Amerika Birləşmiş Ştatları Suriya məsələsi ilə bağlı yaxından əməkdaşlıq edirlər:
“Prezident Donald Tramp dəfələrlə bəyan edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə Suriya məsələsində geniş miqyaslıq anlaşmalar mövcuddur. Bu sahədə iki ölkənin mövqələrinin üst-üstə düşməsi də müşahidə olunur. Rəsmi Ankaranın israrlı xaişləri ilə Amerika Birləşmiş Ştatları Suriyaya qarşı Əsad rejimi dövründə tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı mövqəyini dəyişməyə başlayıb. Belə anlaşılır ki, yaxın vaxtlarda da sanksiyalar tamamilə ləğv olunacaq. Bu isə Türkiyənin Suriyanın bərpa olunma prosesinə verdiyi böyük töhfədir. Çünki sanksiyalar ləğv olunarsa, Suriya iqtisadiyyatının yenidən dirçəldilməsi, eyni zamanda xarici ölkə kapitalının axını kimi kimi məsələlərin önü açılacaq. Tramp administrasiyası Suriyayla bağlı bir çox məsələlərin həllində də maraqlıdır. Hazırda Ağ Evdə hesab edirlər ki, bu məsələlər ilk növbədə Türkiyəylə müzakirə olunaraq həll olunmalıdır. Xüsusilə də ABŞ hərbi bazalarının Suriyadan çıxarılması məsələsi gündəmdədir. Türkiyənin Ağ Evdən bu məsələ ilə bağlı çox ciddi şəkildə tələbləri var. Bayden administrasiyası dövründən rəsmi Ankara tələb edirdi ki, ABŞ PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərindən öz hərbi bazalarını çıxartmalıdır ki, terrorizmin qarşısının alınmasında müəyyən effektiv adımların atılması mümkün olsun. İndi ABŞ Tramp administrasiyası dövründə rəsmi Ankaranın bu istəyini yerinə yetirməyə müsbət yanaşır. Hətta ABŞ hərbi bazalarının həmin ərazilərdən çıxarılması planının belə hazırlandığı barədə məlumatlar mövcuddur. Bu baxımdan, Suriya ərazisində terrorizmə qarşı mübarizə sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq var. Sözügedən əməkdaşlığın hədəfləri sırasında PKK terror təşkilatı da mövcuddur. Görünən odur ki, Suriya məsələsi ABŞ-Türkiyə əməkdaşlığının əsas prioritetləri sırasına daxildir və hər iki tərəf ortaq mövqəyə olduqca yaxındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm