Deputat: Ermənistan islamofobiyanın vətənidir
09:14 27.05.2025
Siyasət
307
"Ermənistan islamofobiyanın vətənidir".
Sherg.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Qaya Məmmədov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" panelində deyib.
O, Birləşmiş Millətlər Təşkilatına daxil olan bir çox dövlətlərdə qəbul edilən antiislam qətnamələrinə diqqət çəkib:
"Azərbaycanın Ermənistanda qalan mədəni irsinin bərpası çox önəmlidir. Biz İslam Konfransı Təşkilatının BMT-də iki qətnamənin qəbuluna nail olmuşuq. Ksenofobiya qəbuledilməz olması ilə bərabər, həm də insan hüquqlarının pozulması deməkdir. Bir faktı da qeyd etmək yerinə düşər ki, BMT-yə üzv olan bir çox dövlətlərdə antiislam xarakterli qətnamələr qəbul edilib. Mən onun da şahidi olmuşam ki, Ermənistan islamofobiyanın vətənidir. Orada vaxtilə azərbaycanlılar yaşayıb, sonra isə deportasiya olunub. Buna rəğmən, BMT Ermənistanı bir dövlət kimi qəbul edib. Heç bir müsəlman ölkəsində bizim başımıza gələn hadisə olmayıb ki, bir xalq bütövlükdə öz ərazilərindən deportasiya olunsun və orada başqa bir dövlət yaradılsın. Eyni zamanda, təqribən 2 milyon insan Ermənistandan qovulub, azərbaycanlıların dəfn olunduğu 500-dən çox məzarlıq məhv edilib. Ermənistandakı mədəni irsimizin bərpası sayəsində biz etnik qeyri-bərabərsizliyi də aradan qaldıra bilərik. Hazırda monoetnik dövlət olan Ermənistan buna azərbaycanlıların öz tarixi torpaqlarından qovulması ilə nail olub. Biz Ermənistan cəmiyyəti ilə dialoq qurmaq istəyirik. Onu gözləyirik ki, Ermənistandakı mədəni irsimizin vəziyyətinin qiymətləndirilməsi üçün şərait yaradılsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya