“Vaqa" ləqəbli tiktoker azadlığa buraxıldı
10:48 30.05.2025
Hadisə
440
Narkotik ittihamı ilə həbs edilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən qəbul edilib.
Qərara görə, Vüqar Zeynalzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, mayın 23-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Vüqar Zeynalzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 aya qədər uzadılmışdı.
Bundan əvvəl isə ötən ilin dekabrın 26-da tiktokerin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, daha sonra isə bu ilin aprelində onun barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılmışdı.
Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm