
Ərdoğanın İrana Zəngəzur mesajı: Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir
Yusif Nəzərli
11:36 31.05.2025
Aktual
590
“Zəngəzur dəhlizi açılacaq, maneçilik mənasızdır”
Elçin Xalidbəyli: “Avropa və Asiya ölkələri Zəngəzur dəhlizinin işə düşməsində maraqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizindən danışıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Vurğulayıb ki, bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək: "Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər, sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq". Ərdoğan əlavə edib ki, Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyir: "Regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq. Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur".
Ərdoğanın açıqlamasını Sherg.az-a təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, Zəngəzur dəhlizi türk dünyası üçün böyük önəm daşıyır. Ekspert diqqətə çatdırıb ki, türk dünyasının və türk dövlətlərinin inteqrasiyasında həlledici faktorlardan biri məhz Zəngəzur dəhlizidir:

"Böyük ehtimalla, yaxın gələcəkdə bu nəqliyyat-kommunikasiya xətti açılacaq. Dəhlizin açılmasında Avropa və Asiya ölkələri də maraqlıdır. Bu yol Orta Dəhlizin əsas komponentlərindən biridir. Zəngəzur dəhlizi Avropa qitəsini Asiya qitəsi ilə birləşdirəcək önəmli nəqliyyat-kommunikasiya xəttidir. Dəhlizin açılmasına müqavimət göstərənlər olsa da, daha böyük qlobal güclər fəaliyyətə başlamasında maraqlı olduqlarını açıq bəyan edirlər. Xüsusən, Avropanın inkişaf etmiş ölkələri, Çin başda olmaqla Asiyanın aparıcı dövlətləri Zəngəzur dəhlizinə böyük önəm verirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın dedikləri də ciddi əhəmiyyət kəsb edir".
E.Xalidbəyli vurğulayıb ki, Ərdoğanın açıqlamasında İrana dolayısı yolla, üstüörtülü şəkildə xəbərdarlıq mesajı verildi:
"Ərdoğan İranın nəzərinə çatdırır ki, Tehran hökuməti Zəngəzur dəhlizinin işə düşməsinə maneə göstərsə də, Zəngəzur dəhlizi istənilən halda açılacaq və İran bu reallıqla barışmaq məcburiyyətində qalacaq. Zəngəzur dəhlizinin açılmasında Türkiyə də maraqlıdır. Ankara Tehranı balanslaşdırma gücünə malik güclü NATO dövlətidir. Türkiyə prezidenti İrana mesaj verir ki, müqavimət göstərmək, etiraz etmək tamamilə mənasızdır. Türkiyə Azərbaycanla birlikdə bu dəhlizin işə düşməsinə nail olacaq, heç kim qarşısını ala bilməz. Ərdoğan Zəngəzur dəhlizinin önündəki əngəllərdən birini tam dəqiqliyi ilə işarə etdi, rəsmi Tehrana mesajını göndərdi. Rəsmi Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir".
Analitik hesab edir ki, əslində, Ermənistan da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:
"Ermənistanın blokadadan çıxmasında bu dəhliz xüsusi rol oynayacaq mühüm geoiqtisadi layihədir. Zəngəzur dəhlizi ilə bərabər digər nəqliyyat-kommunikasiya xətlərinin açılması da reallaşa bilər. Ermənistanda radikal-revanşist qüvvələr buna qarşı çıxırlar. Paşinyan hakimiyyəti dəhlizin hələlik Azərbaycanın şərtləri daxilində açılmasına cəsarət edə bilmir və sülh sazişindən sonrakı mərhələyə saxlamaq istəyir. Böyük ehtimalla, sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında əsas müzakirə mövzusuna çevriləcək".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual