Restorandan kağız menyu tələb etmək ən təhlükəsiz üsuldur - EKSPERT
14:38 02.06.2025
Cəmiyyət
469
QR kod skanı təhlükə yarada bilər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.
Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə "SCAN ME" şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta "Teleqram" kanallarına yönləndirilirlər və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.
Vətəndaşlardan, əsasən, bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.
Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.
İKT mütəxəssisi Rəşad Zeyvəliyevin sözlərinə görə, ən aktual kiberdələduzluq metodu fişinqdir. Ekspert qeyd edib ki, kiberdələduzlar bu hücum növündən məharətlə istifadə edir və bir çox hallarda da qurbanları çox olur:
“Bu gün günümüzdə ən çox istifadə olunan fişinq metodundan biri də məhz QR kodlardır. Artıq demək olar ki, bütün restoranlarda menyular QR-la təqdim olunur. Əyləşdik restoranda, QR kodu scan etdik və restoranın menyusuna bənzər saxta bir menyu və ya saxta ödəmə səhifəsi, yaxud da menyunu telefonunuza “yükləyin” seçimi gəldi. Android cihazlar üçün QR kod skan vasitəsilə “yüklənəcək” fayl böyük bir təhlükə deməkdir. Əgər o yüklənən saxta menyu içərisində zərərli proqram telefonunuza yüklənirsə, o zaman ciddi zərərlə qarşı-qarşıya qalmış ola bilərsiniz. Bir çox hallarda android cihazlar zərərli proqramı tanımır və həmin yüklənən proqram arxa fonda işləməyə, sizin məlumatları toplamağa başlayır. Siz nə vaxt ki, gecə yatdınız, biz buna “kriminal saat aralığı deyirik” o zaman dələduzlar telefonunuzda olan məlumatları artıq öz tərəflərinə köçürməyə başlayacaqlar. Müəyyən analizlər göstərir ki, bütün kibercinayətlər qlobal dünyada ən çox gecə saat 2-5 arası baş verir”.
Qorunma metodlarına toxunan mütəxəssis qeyd edib ki, QR kod skan edərkən açılan səhifənin həmin restoranın rəsmi səhifəsi olub-olmamasını araşdırmaq lazımdır:
“Əgər QR kod skan edərkən sizi avtomatik olaraq hər hansısa ön ödəmə səhifəsinə yönləndirirsə, oraya öz şəxsi və kart məlumatlarınızı daxil etməyin,
QR skan edərkən cihaza menyunu yükləməyə məcbur edirsə, buna icazə verməyin və restorandan kağız formasında menyu tələb edin. Unutmayın. kiber fəzada ən zəif bənd biz insanlardır, cihazlar deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya