DVX: Büdcə layihələrinin icrasında qanun pozuntuları müşahidə olunur
08:05 04.06.2025
İqtisadiyyat
669
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrasına cəlb olunan əsas podratçıların, subpodratçıların və mal, iş və ya xidmət təqdim edən digər şəxslərin qanunvericiliyin tələblərinə əməl etməsi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Bildirilib ki, vergi hüquqpozmalarının, xüsusilə də əmtəəsiz və riskli əməliyyatların preventiv olaraq qarşısının alınması və ya azaldılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin əməliyyatlarının təhlili və araşdırılması həyata keçirilir.
Aparılan təhlil və monitorinqlər zamanı dövlət vəsaiti hesabına maliyələşdirilən layihələrin icrasına cəlb edilmiş vergi ödəyicilərinin fəaliyyətlərində və aparılan əməliyyatlarında bir sıra risklər və aşağıda qeyd olunan qanun pozuntuları müşahidə olunmaqdadır:
Vəsaitlərin icra edilən layihələrlə əlaqəli olmayan təyinatlar üzrə, habelə əmtəəsiz və riskli əməliyyatlar edən, faktiki olaraq 3-cü şəxslər üçün malların idxalını həyata keçirən şəxslərə köçürülərək nağdlaşdırılması, layihələrin icrasına cəlb edilmiş podratçı təşkilatlar tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, əldə edilmiş malların qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməməsi, yaxud vaxtında rəsmiləşdirilməməsi və s.
“Göstərilən hallar qanunvericiliyin tələblərinin pozulması halı kimi qiymətləndirilir və qanunla müəyyənləşdirilmiş məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı qüvvəyə minib. Həmin Qərara əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
- təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;
- qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs;
- əmtəəsiz əməliyyatlar (vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar – Vergi Məcəlləsi, 13.2.81-ci maddə) aparan şəxs.
Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tələblərinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən sənədlər əsasında xərclərin gəlirdən çıxılmasına, müvafiq ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir” - məlumatda qeyd edilib.
“Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi ilə nəticələnir, eyni zamanda Cinayət Məcəlləsinin 162-1 maddəsinin tələbinə əsasən cinayət məsuliyyəti yaradır.
Dövlət Vergi Xidməti mümkün maliyyə itkilərinin qarşısını almaq məqsədilə həyata keçiriləcək əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir” - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya