
Vaşinqtonun veto diplomasiyası: ABŞ bu qərarı ilə açıq şəkildə mesaj verir ki...
12:01 05.06.2025
Dünya
450
ABŞ Qəzzada atəşkəsin yaradılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edilən qətnaməyə veto qoyub.
Birləşmiş Ştatlar bu qərarı layihədə HƏMAS-ın pislənməməsi ilə əsaslandırıb.
Dünən BMT TŞ-nin 10 qeyri-daimi üzvü (E10) tərəfindən imzalanan və qrup koordinatoru Sloveniya tərəfindən təqdim edilən "Qəzza layihə"sini müzakirə etmək üçün toplaşıblar.
Keçirilən səsvermədə ABŞ veto hüququndan istifadə edib.
ABŞ Nümayəndəsi Doroti Şi bu addımı belə əsaslandırıb: "Sözügedən qətnaməyə qarşı çıxmağımız heç də təəccüblü deyil. Nəyi ehtiva etdiyi, ya ehtiva etmədiyi və irəli sürülmə tərzinin hamısı qəbul edilməzdir. ABŞ HƏMAS-ı qınamayan heç bir tədbiri dəstəkləməyəcəyini açıq şəkildə bildirdi”.
Politoloq Əli Zülfüqaroğlu Sherg.az-a bildirib ki, ABŞ bu qərarı ilə açıq şəkildə mesaj verir ki, Qəzza və ümumilikdə Fələstin məsələsinin idarə olunması yalnız Vaşinqtonun nəzarəti və razılığı ilə mümkündür:

"Başqa sözlə desək, ABŞ öz təşəbbüslərindən kənarda formalaşan və onunla razılaşdırılmamış istənilən təşəbbüsün praktiki mərhələyə keçməsinə imkan vermək niyyətində deyil. Bu, həm regiona nəzarət iddiasının, həm də geosiyasi üstünlüyün qorunması məqsədi daşıyır. Eyni zamanda, Ağ Ev Qəzzada atəşkəsə nail olmaqla yalnız beynəlxalq aləmdə deyil, daxili auditoriya qarşısında da siyasi nüfuzunu artırmaq istəyir. Bu, xüsusilə ABŞ-da ictimaiyyətin münaqişəyə münasibətində artan narazılıq fonunda Vaşinqtonun öz mövqeyini gücləndirməyə yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Bundan sonrakı mərhələdə isə region ölkələri, xüsusilə Türkiyənin bu proseslərdəki rolu və mövqeyi daha çox nəzərə alınmalı olacaq. Çünki uzunmüddətli sabitliyin təmin olunması üçün təkcə qlobal güclərin deyil, yerli aktorların da iştirakı və razılığı həlledici əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya