Myanmada altı yaşlı qız generalı "öldürdüyünə" görə HƏBS EDİLDİ
Yusif Nəzərli
09:27 06.06.2025
Dünya
388
Myanma ordusu ötən ay istefada olan briqada generalı və diplomatın öldürülməsinə görə "terrorçular" adlandırdığı qruplaşmanın tərkibində altı yaşlı uşağı həbs ediblər.
Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat verir.
Məlumata görə, istefada olan briqada generalı, eyni zamanda səfir olan 68 yaşlı Ço Htun Aunq mayın 22-də Myanmanın ticarət paytaxtı Yanqonda güllələnərək öldürülüb. Bu da artan vətəndaş müharibəsi fonunda ölkədə ən səs-küylü qətllərdən birinə çevrilib.
Qeyd edək ki, Myanmada hərbçilərin 2021-ci ilin fevralında çevrilişlə hakimiyyəti ələ keçirməsindən, Nobel mükafatı laureatı Aun San Su Çjinin başçılıq etdiyi seçilmiş hökuməti devirməsindən və kütləvi etirazlara səbəb olmasından bəri ölkədə iğtişaşlar hökm sürür.
Müxalif fikrin qəddar şəkildə boğulması misligörünməmiş ümummilli üsyana gətirib çıxarıb. Hətta Yanqon kimi şəhər rayonlarında da partizan döyüşləri başlayıb.
"13 kişi və üç qadın olmaqla, ümumilikdə 16 cinayətkar həbs edilib", - deyə "Global New Light of Myanmar" qəzeti yazıb.
Qəzet qatilin qızı kimi identifikasiya edilən altı yaşlı uşağın şəklini də dərc edib. "Reuters" tərəfindən görülən qəzetin onlayn versiyasında uşağın üzü bulanıq olub, lakin xunta rəsmiləri tərəfindən sosial şəbəkələrdə edilən paylaşımlarda aydın görünüb.
Xatırladaq ki, mayın 22-də "Qızıl vadi döyüşçüləri" üsyançı qrupu təqaüdçü generalı Ço Htun Aunqu dinc sakinlərə hücumlar da daxil olmaqla, hərbi əməliyyatlara davamlı dəstəyinə görə öldürdüyünü bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya