
Paşinyanın Qurban Bayramı təbrikinin bir səbəbi var.- RƏY
Yusif Nəzərli
08:55 08.06.2025
Gündəm
582
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib:
"Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”. Qeyd edək ki, N.Paşinyan Qurban bayramı münasibəti ilə Türkiyə prezidenti R.T.Ərdoğana da zəng edərək təbriklərini çatdırıb və bir sıra başqa məsələlər də müzakirə edilib. Bəzi ekspertlər bunu Paşinyan hökumətinin çıxılmaz durumda olması, mövcud reallığı dərk etməsi kimi şərh etsələr də, baş nazirin təbrikini növbəti erməni hiyləgərliyi kimi şərh edənlər də var.

Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, Ermənistan baş nazirinin Qurban Bayramı ilə bağlı təbrikinin bir səbəbi var.
Deputatın sözlərinə görə, səbəbi budur ki, Paşinyan gələn il keçiriləcək parlament seçkisi qabağı elektorata Azərbaycanla sülhün ancaq onun zamanında mümkün olduğunu aşılamağa çalışır:
"Ermənistanda aparılan sorğular düşmənçiliyə son qoymaq niyyətindən çox uzaq olsalar da, yeni savaş başlayacağı təqdirdə onları nə gözlədiyini yaxşı bildiklərindən hayların böyük hissəsinin sülh istədiklərini göstərir.
Paşinyanın "sülh göyərçinliyi" də beynəlxaq auditoriyaya oynamaqla yanaşı, həm də bu reallıqla bağlıdır. Görün, işin harasıdır ki, hətta quzğun Köçəryan da "daha sülhpərvər Ermənistan" quracaqlarından dəm vurur. Köçəryanla hər şey aydındır. Paşinyana gəldikdə, əgər Azərbaycandan arzuladığı davranışı görmək istəyirsə, sülh tərəfdarı təəssüratı yaratmaq əvəzinə bu yöndə real addımlar atmalı, dövlətimizin irəli sürdüyü iki tələbi yerinə yetirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol