Gürcüstanın gələcəyi risk altındadır - ŞƏRH
05:57 25.07.2025
Siyasət
499
Azərbaycan Gürcüstan və ABŞ arasında vasitəçi ola bilər
Gürcüstanın regional siyasətdə Azərbaycanla koordinasiyalı çalışması mümkündür
"Rəsmi Bakı ABŞ və Gürcüstan arasında əlaqələrin normallaşdırılmasına çalışır. Gürcüstanda ötən il payızda keçirilən parlament seçkilərindən sonra ölkə Qərbin təzyiqləri ilə üzləşib".
Bu barədə "Şərq"ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, seçkilərdən sonra Gürcüstan hökuməti Rusiya ilə siyasi böhran deyil, dialoqla əlaqələri inkişaf etdirmək xətti götürdü: "Gürcüstan Qərblə əlaqələri zəiflədərək, məhz Moskvaya referanslar etdi. Nəticədə 20 illik oturuşmuş demokratik sistem deqradasiyaya uğradı. Rusiya kapitalı ilə oliqarx olan B.İvanaşvilinin nəzarətində olan hökumət Moskva ilə danışıqlar yolu müstəvisində ərazi bütövlüyünü təmin edəcəyini hesablayırdı. Amma Kremlin Gürcüstan hökuməti barədə hesabları tam əksinə oldu. Eyni zamanda, Avropa İttifaqı Gürcüstan hökumətini tanımır. D.Trampın Ağ Evə gəlməsi isə Tbilisi üçün "ağ atlı oğlan" obrazı kimi qəbul edilirdi. Ancaq Tramp da Tbilisinin gözləntilərini doğrultmadı. Gürcüstan hökuməti üçün situasiya o qədər çətin vəziyyət yaradıb ki, baş nazir ABŞ rəhbərinə açıq məktub yazıb. Təbii ki, baş verənlər Putinin maraqlarına xidmət edir. B.İvanaşvili Qərblə Gürcüstan arasında hündür sədd inşa edəndə hesab edirdilər ki, Putin Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytaracaq. Amma baş verənlər Gürcüstan hökumətini çətin vəziyyətə saldı. Rusiya Prezidenti Abxaziyada Rusiya pasportlarının paylanması üçün sərəncam verdi. Bu da Putinin Gürcüstana anti-Qərb siyasəti üçün "hədiyyəsi" oldu. Hazırda Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub. Rəsmi Tbilisi Azərbaycan və Türkiyə ilə siyasi əlaqələri inkişaf etdirib, Moskva ilə məsafə saxlamalıdır. Gürcüstan hökuməti öz siyasətində korrektlər edərək, yeni siyasi istiqamət seçmək məcburiyyətindədir".
M.Əsədullazadə əlavə edib ki, Azərbaycan ABŞ-Gürcüstan arasında vasitəçi ola bilər:
"Bundan əlavə, Gürcüstan hökuməti öz ənənəvi kursuna qayıtmaqla Qərbin dəstəyini ala bilər. Çünki Tbilisinin Rusiyaya arxayın olub, Qərblə konfontrasiyası regionun siyasi nizamını təhdid edir. Hazırda Rusiya Cənubi Qafqaz siyasətini aqressivləşdirib. Əgər Gürcüstan bu prosesdə Rusiyaya alət olarsa, İvanaşvilinin nəzarətində olan hökuməti devrilə bilər. Artan təhlükəsizlik və siyasi çağırışlara uyğun olaraq Gürcüstanın regional siyasətdə Azərbaycanla koordinasiyalı çalışması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm