Putinin enerji mühasirəsi dağıldı: Bakı Kiyevə təkcə qaz yox, mesaj da verir
Yusif Nəzərli
07:32 29.07.2025
Aktual
571
Azərbaycan qazı Ukraynanı döyüşdə saxladı
“Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib. Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir”.
Bu sözləri Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq:
“Həmçinin, bu Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.
Ukraynanın dövlət enerji şirkəti olan “Naftogaz Group” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib. Çünki, Kreml Ukraynanı hərtərəfli məğlub etmək üçün bu ölkəni enerji resurslarına çıxışdan da məhrum etmək istəyirdi. Alınmadı. Ukrayna həm Avropa ölkələrindən, həm də Avropa üzərindən Azərbaycan qazını əldə etmək imkanı qazanıb. Vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Transbalkan marşrutundan ilk dəfə Azərbaycan qazı ilə nəql edilməyə başlanılıb. Azərbaycan qazının Ukraynaya nəqli Qərb ölkələrinin də maraqlarına cavab verir. Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımıyla yer almış olub. Bu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir.
Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavab olaraq “işğalla barışmayın” söyləməsi ABŞ və Avropa ölkələrinin nəşrlərində geniş işıqlandırıldı. Bu Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın Rusiyanın siyasətindən narazılığının təcəssümü idi. İlham Əliyevin ardınca, Mərkəzi Asiya ölkələrinin liderlərinin də Rusiya ilə münasibətlərdə ölkələrinin milli və təhlükəsizlik maraqlarını ön plana çıxaracaqları ehtimal edilir”.
E. Şahinoğlunun sözlərinə görə, rəsmi Kiyev Rusiya ilə müxtəlif formalarda əməkdaşlıq edən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb. Ukrayna Prezidentinin imzaladığı fərmana görə, Rusiya ilə yanaşı Çin, Birləşmiş Ərəb Əmirlikləri və İrana hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilib:
“Ukrayna bu sanksiyaları Avropa İttifaqının 18-ci sanksiya paketi ilə uyğunlaşdırıb. Ukraynanın Sanksiyalar üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyukun sözlərinə görə, sanksiyalar Rusiya, Çin, BƏƏ, İran və digər ölkələrin kölgə donanması, ikili təyinatlı malların sanksiyalardan yayınaraq tədarükü və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olduğu şirkətləri əhatə edir. Kiyev nadir torpaq elementləri və nadir metalların hasilatı, emalı və tədarükü ilə bağlı şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq edib. Pekin Kiyevin qərarına etiraz edib. ÇinXariciİşlərNazirliyiininsözçüsüQoTsyankunUkraynanınsanksiyaqərarınınyanlışolduğunuvəKiyevinbusiyasətinikorrektəetməsivacibliyinibildirib.Çinli diplomat BMT TəhlükəsizlikŞurasınıntəsdiqinitapmayansanksiyalarındoğruolmadığınıvurğulayıb.Pekininnarahatlığıaydındır.ABŞ Prezidenti Donald Tramp RusiyayaUkraynamüharibəsinidayandırmaqüçün 50 günvaxtveribvəbununtəxminənikihəftəsigeridəqalmaqüzrədir. ABŞ KonqresiRusiyadanneftalanölkələrəqarşısərtsanksiyalartətbiqihaqqındaqanunlayihəsihazırlayır. RusiyadanənçoxneftalanölkəÇindir. KiyevVaşinqtondanəvvəlÇinşirkətlərinəqarşısanksiyatətbiqinielanetməkləVaşinqtonunqərarındangeriçəkilməməsininişarəsiniverib.Pekinidəənçoxnarahatedənbudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm