Qırğızıstan və Özbəkistan da dəhlizə qoşulur
Yusif Nəzərli
06:00 15.09.2025
Dünya
349
Özbəkistan və Çin arasında münasibətlər əsrlər boyu formalaşmış tarixi əlaqələrə əsaslanır, hazırda bu əməkdaşlıq “Bir Kəmər, Bir Yol” nəqliyyat dəhlizi layihəsi çərçivəsində yeni səviyyəyə yüksəlir.
Teleqraf xəbər verir ki, bu barədə “Asdaa Oman” qəzeti yazıb.
Məqalədə qeyd edilib ki, bu çərçivədə 2024-cü il dekabrın 27-də tikintisinə başlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır:
“Bu dəmir yolu ildə 15 milyon tona qədər yük daşımağa imkan verəcək. Bu, təkcə yüklərin çatdırılma müddətini deyil, həm də daşıma xərclərini azaldacaq. Dəmir yolunun tikintisi çərçivəsində 20 stansiya, 42 körpü və 25 tunel tikiləcək. Marşrut Kaşqar, Toruqart, Cəlilabad, Makamal və Maqasel şəhərlərindən keçəcək”.
Bundan əlavə, nəşr Özbəkistan və Çində yeni logistik mərkəzlərin, o cümlədən Lançjou şəhərində yük toplama məntəqəsinin və Lianyunqanq liman şəhərindən keçəcək logistik qovşaqların yaradılmasından yazıb:
“Layihə Özbəkistanın geoiqtisadi mövqeyini gücləndirəcək və ölkənin regional logistika mərkəzinə çevrilməsinə xidmət edəcək, eyni zamanda beynəlxalq ticarət və tranzit imkanlarını genişləndirəcək və bütün regionun inkişafına mühüm töhfə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm