Tramp Çin haqqında sərt danışdı
12:23 22.10.2025
Gündəm
660
155 faiz gömrük rüsumu tətbiq olunacaq
ABŞ Prezidenti Donald Tramp, Hindistanda qeyd edilən Divali bayramı münasibətilə Ağ Evdə hind icmasının nümayəndələri ilə görüşüb və gündəmə dair mühüm açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Çinə əlavə gömrük vergisi tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavab verən Tramp deyib:
“1 noyabrdan etibarən Çinə təxminən 155 faiz dərəcəsində gömrük rüsumu tətbiq olunacaq. Onlar üçün bunun davamlı olacağını düşünmürəm.”
Tramp əlavə edib ki, Çinə qarşı yumşaq davranmaq istəsə də, bu ölkənin uzun illər ABŞ-a qarşı çox sərt mövqe tutduğunu düşünür:
“Çünki bizdə iş sahəsində ağıllı olmayan prezidentlər olub. Bəziləri yaxşı siyasətçi idi, bəziləri isə heç siyasətçi də deyildi. Amma onlar Çin və digər ölkələrin bizdən faydalanmasına imkan verdilər.”
Tramp çıxışında Çin Prezidenti Si Cinpinlə görüş məsələsinə də toxunub.
O, əvvəlcə belə deyib:
“İki həftə ərzində Cənubi Koreyaya gedəcəyəm və orada Prezident Si ilə görüşəcəyəm. Bir çox məsələni müzakirə edəcəyik və bu danışıqlardan yaxşı nəticələr əldə edəcəyimizə inanıram.”
Lakin çıxışının davamında fikrini dəyişərək, görüşün bəlkə də baş tutmayacağını bildirib:
“Biz Çinlə ədalətli bir razılaşma əldə edəcəyik. Məncə, (Si ilə) çox uğurlu bir görüş olacaq. Bunu gözləyən çox insan var, amma bəlkə də bu baş verməyəcək. Bəlkə də görüş olmayacaq.”
Tramp, Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu vurğulayaraq qeyd edib:
“Onunla yaxşı bir razılaşma əldə edə biləcəyimi ümid edirəm, amma bu razılaşma ədalətli olmalıdır.”
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin, 31 oktyabr - 1 noyabr tarixlərində Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Zirvəsi çərçivəsində bir araya gələcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm