
ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - ŞƏRH
12:26 20.07.2025
Gündəm
449
ABŞ-Azərbaycan münasibətləri son illərdə fərqli mərhələlərdən keçmiş, zaman-zaman yüksələn dinamika ilə yanaşı, ciddi gərginliklərin də müşahidə olunduğu bir siyasi trayektoriya üzrə inkişaf edir. Xüsusilə Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya dövründə Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma, 907-ci düzəlişin bərpası kimi addımlar, Vaşinqtonun regional proseslərə birtərəfli müdaxiləsini önə çıxarmışdı. Halbuki, bu yanaşma Azərbaycan-ABŞ əməkdaşlığının uzunmüddətli enerji, təhlükəsizlik, nəqliyyat və beynəlxalq sülhməramlı fəaliyyət kimi sahələrdəki uğurlarına zidd idi.
Bunun fonunda Prezident İlham Əliyevin ABŞ-ın indiki Prezidenti Donald Tramp haqqında 3-cü Qlobal Şuşa Forumunda səsləndirdiyi fikirlər xüsusilə diqqətçəkicidir. Cənab Prezident Trampın Azərbaycanın fundamental dəyərlərinə yaxın mövqeyini, müharibələrə son qoyan siyasi xəttini və Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini vurğulayaraq, onun beynəlxalq siyasətdəki balanslı və uzaqgörən rolunu bir daha xatırlatdı. Bu, eyni zamanda Prezident Əliyevin əvvəlki dövrlərdə Tramp barədə bildirdiyi fikirlərin zamanla nə qədər dəqiq və uzaqgörən olduğunu göstərir: "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun".
Qeyd edək ki, növbəti mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin hansı məcraya yönələcəyi, Vaşinqtonun Cənubi Qafqazdakı siyasətinin hansı strateji dəyişikliklərə uğrayacağı aktuallıq kəsb edir.

Mövzunu şərh edən Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-Azərbaycan münasibətləri hazırda həm risk, həm də fürsətlərlə dolu bir mərhələyə qədəm qoyub:
" Prezident İlham Əliyevin 3-cü Qlobal Şuşa Forumunda Donald Tramp administrasiyasına verdiyi yüksək qiymət Vaşinqtonla münasibətlərin keçmişdəki pozitiv fazasını xatırladır. Tramp dönəmində ABŞ daha çox balanslı, regiondakı reallıqlara uyğun siyasət yürüdürdü və bu, Bakı tərəfindən təqdir olunurdu. Bayden administrasiyası isə, əksinə, 907-ci düzəlişin bərpası və birtərəfli ritorika ilə münasibətlərə zərbə vurdu. Bu, ABŞ-ın vasitəçilik statusuna olan inamı ciddi şəkildə sarsıtdı. Buna baxmayaraq, yeni geosiyasi reallıqlar fonunda əməkdaşlıq üçün real imkanlar formalaşmaqdadır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik ABŞ üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycanın artan rolu – xüsusilə COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi – Vaşinqtonun diqqətini cəlb edir. Bu, yeni dialoq platformalarının yaranması üçün imkan yaradır".
T. İsmayılov həmçinin qeyd edib ki, Azərbaycanın sülh gündəminə sadiqliyi və post-müharibə dövründə reallaşan reinteqrasiya siyasəti Qərbdə Bakı ilə əməkdaşlığa yenidən maraq oyadıb:
"Vaşinqtonun birtərəfli yanaşmadan imtina edib praqmatik əməkdaşlığa qayıtması halında münasibətlərdə keyfiyyət dəyişikliyi mümkündür. Azərbaycan üçün əsas hədəf – qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıqdır. ABŞ isə bu əməkdaşlığı real maraqlar üzərində qurmalıdır. Əgər Vaşinqton Cənubi Qafqazda real təsir imkanlarını qorumaq istəyirsə Bakını itirmək lüksünə sahib deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq