İran ağlabatan müddətdə ABŞ ilə razılığa gələ bilməsə, Amerika Silahlı Qüvvələri bütün gücünü səfərbər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
“Əgər İran ağlabatan müddətdə razılaşmaya gəlməsə, Prezident Donald Tramp İranı razılaşma əldə edəcəyi hala gətirmək üçün bütün inanılmaz hərbi gücdən istifadə edəcək”, - diplomat vurğulayıb.
Uitaker əlavə edib ki, Amerika lideri İran məsələsində bütün kartları əlində saxlayır, bu prosesdə öz mülahizəsinə uyğun oynamağa davam edəcək.