ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Vaşinqton və Tehran arasında gözlənilən nüvə sazişinin yaxın vaxtlarda imzalana biləcəyini bildirib. Onun sözlərinə görə, danışıqların yekunlaşması bir həftə də çəkə, bir neçə aya da uzana bilər.
Sherg.az-ın məlumatına görə, Vens qeyd edib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı razılıq əldə etməklə yanaşı, iqtisadi baxımdan da sərfəli şərtlər əldə etmək niyyətindədir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla sazişin iki-üç gün ərzində imzalana biləcəyini açıqlamışdı. Bu bəyanatlar ABŞ ilə İran arasında münasibətlərdə yeni mərhələnin başlaya biləcəyi barədə gözləntiləri artırıb.