ABŞ İranın dondurulmuş pullarını nağd şəkildə onlara verməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
"Bunun əvəzin həmin vəsaitlər yalnız ABŞ-dən ərzaq və kənd təsərrüfatı məhsulları almaq üçün istifadə olunacaq. İranın bu pullarla ABŞ-dən ərzaq alması birbaşa amerikalı fermerlərin məhsullarının satılması deməkdir. Beləliklə, ABŞ fermerləri gəlir əldə edəcəklər, İran xalqı da ərzaqla təmin olunacaq. Bu addım İranın daxili bazarında ərzaq çatışmazlığını aradan qaldırmağa və xalqın ehtiyaclarını ödəməyə kömək edəcək",- o qeyd edib.
Vens bu addımı Prezident Donald Trampın klassik və uğurlu sövdələşməsi adlandırıb.