ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında videoçarx yayımlanıb.

APA xəbər verir ki, videoçarx Vensin “X” hesabında “Bu həftə Vitse-prezident Vens sülh naminə Ermənistan və Azərbaycana tarixi səfər edib” başlığı ilə paylaşılıb.

“Bu, ABŞ prezidentinin xarici siyasətimizi yönləndirdiyi istiqamətdir. Prezident Tramp və eləcə də mən bu tərəfdaşlığa sadiqik”, - Vensin paylaşımında qeyd edilib.

Xatırladaq ki, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.