ABŞ-İran danışıqlarında ikinci mərhələ: Yeri və vaxtı açıqlanıb

ABŞ ilə İran arasında nüvə danışıqlarının ikinci mərhələsinin 17 fevralda İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

Sherg.az xəbər verir ki, ABŞ heyətinə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Jared Kushner daxil olacaq. İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi  rəhbərlik edəcək.

Vasitəçi qismində Oman XİN rəhbəri Bədr əl- Busaidi də görüşlərdə iştirak edə bilər.

Danışıqlar tərəflər arasında artan gərginlik fonunda keçirilir.